Təzə-təzə imana gələn, ibadət edən gənc bir gün ürəyinin təlaş içərisində olduğunu görərək deyir:
- Niyə bu qədər təlaşlısan? Bunun səbəbi nədir?
- Mən təzə imana gəlmişəm, hidayət olunduqdan sonra azğınlığa düşməkdən qorxuram!-dedi ürək.
- Ya Bari! Ruhum Sənin əlindədir, bədənim Sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı. - deyə gənc dua etməyə başladı.
Bunu eşidən ürək növbəti sıxıntısının da bu cür dua ilə keçəcəyinə inanaraq dedi:
- Mən çox cahil olmuşam, indi də imana gec gəldiyim üçün çox peşmanam. Qorxuram ki, Allah etdiyim günahları bağışlamaz və məni Öz dərgahında qəbul etməz. Bunu düşündükcə çox sıxılıram, qorxuram.
- Ya Ğaffar! Gizli peşmanlıqlarımı bilən Sənsən, göz yaşlarıma dəyər verən Sənsən, amma bilirəm ki, rəhmət dənizlərini bulandıra bilməz günahlarım. Rəhmətinlə bağışla məni.
Ürək bunu eşidərək çox sevindi və növbəti duanı özü dedi:
- Ya Xaliq! Sən “Ol” deyərkən hər şey olur, ol de ki, olum, yaratdıqlarının arasında qalım. Haqqıyla əxlaqlı olum. Sən yaratdın deyə gözəl olum və həmişə belə gözəl qalım.
Bundan sonra ürək şox sevinir. Allaha gecə və gündüz zikr edərək dua edir, yalnızca Ona sığınır. Gənc də ürəyinin rahatlıq tapdığını görür və o da iman dolu ürəyilə Allaha ibadət edir.
Ya Bari! Ya Ğaffar! Ya Xaliq! Bunlar Allahın 99 adlarından üçü idi .Adların yanındakı cümlələr mənaların bildirir .