Kəşv edilməyi gözləyən xəzinələr ( III hissə)

Kəşv edilməyi gözləyən xəzinələr ( III hissə)

Uşaq təhsilində örnək davranışlar sözlərdən daha təsirli ola bilər. İbni Sina buyurur ki: "Uşaq təhsilində təşviq, təhdiddən daha yaxşı nəticə verər". Uşaqda yetkinlik əlamətləri görüldüyü zaman, onu gözəl şəkildə güdmək lazımdır. Yetkinlik əlamətlərinin başlanğıcı, həya başlanğıclarının meydana çıxmasıdır. Çünki uşaq, çəkindiyi və utandığı zaman, bir qism hərəkətləri tərk etdiyi an, ağılın nuru onun üzərində doğulmuşdur ki, bir qisim şeyləri çirkin görür və bir qisminə də müxalif çıxır. Uşaq elə bir hala gəlir ki, bir sıra şeylərdən utanmaqdadır. Bu isə, Allahu Təalanın uşağa vermiş olduğu bir hədiyyəsidir. Bu vəziyyət, uşağın əxlaqının normala döndüyünü, ürəyinin səfinə qovuşduğunu göstərər və bu vəziyyət uşağın həddi-büluğ çağında ağılının kamala çatacağını da müjdələr. Bu baxımdan utancaq bir uşağı nəzarətsiz buraxmaq uyğun deyil. Əksinə ona utanması və utanmaması lazım olan şeyləri öyrətmək surətiylə onun ədəbinə kömək edilməlidir. Uşağın gizlicə etdiyi hər şeydən onu daşınmağa çağırmaq lazımdır. Çünki uşaq gizlicə etdiyi bir şeyi çirkin qəbul etdiyi üçün belə edir. Bu baxımdan uşağı bundan daşınmağa çağırmaq, çirkin davranışları tərk etməyi öyrətmək lazımdır.

Uşağımızı günün bir qisimində mümkün olduğu qədər gəzməyə, aktiv hərəkətlər etməyə, idman fəaliyyətlərinə alışdırmalıyıq ki, uşaq tənbəlliyə alışmasın.

Uşağı yersiz cəzalandırsaq, cəzanın lazımlı olduğu zaman isə nə edəcəyimizi bilməyə bilərik. Uşaqlarımız yaxşı işlər etdiklərində üzlərinə qarşı, xüsusilə başqalarının yanında təqdir edilə bilər, onların səhvlərini dərhal üzlərinə vurmayaraq hələ başqalarının yanında bunu heç etməməliyik. Əgər səhvlərində təkrarçı olsalar onlara səbirlə yaxınlaşaraq başqalarının görmədiyi yerdə onları tənqid edə bilər, doğrunu izah edə bilərik.

Uşağımızın qarşısında əsla iki qütb deyil, yekparə olmağımız lazımdır. Uşağımıza qarşı qəti və tutarlı davranmaq, öyüd verməklə yanaşı daha çox nümunə olan ata-ana olmağımız lazımdır. Uşağımıza yaxşını-pisi, doğrunu-səhvi təlqin etmək, öyrətmək bizə bir borcdur.

Uşaqlarımızdan gözlədiklərimizin bir anda reallaşmasını istəməyimiz səhv olardı. Unutmayaq ki, çəmən toxumları üç gündə, çinar toxumları isə üç ayda yaşıllaşar. Çəmənin ömürü bir neçə aylıq olursa çinarın ömürü bir neçə əsr sürür. Onları dinləməyə çalışaraq, onları anlayaq. Əsla dinlər kimi etməyək. Qarşılarına həmişə yetkinlər olaraq gəlməyərək bir də uşaq olaraq gəlməyi bacaraq.

Sədi Şirazi uşaq haqqında: "Uşaqlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə qoyun kimi güdülməsinlər" deyə buyurur. Bizdə o cücərtilərimizi tamamilə sərbəst buraxsaq bu halda onların istəklərinin sonu gəlməz. Lazım olduğunda "xeyr" deməsini də bilməliyik. Hər istədiklərini "bəli" ilə qarşılayaraq onları heç böyüdə bilmərik. Onlara hər istədiklərini almayaq. Bu al-mənili ətrafda hər istədiklərini almağımızın onlara doyumsuz və bədbəxt bir şəxsiyyət qazandıracağını unutmayaq.

Uşaqlarımızın yoldaşlarını evə dəvət edib, onları tanıyaq. Bu həm bizim onlara dəyər verdiyimizi göstərəcək, həm də bizə, uşağımızın yaxın ətrafdakı yoldaşlarını görərək onu nəzarət etmə imkanı verəcək. Uşaqlarımızın etdiyi davranışların nəticələrini görməyə onlara kömək edək.

Unutmayın ki, bir qadının dünya həyatında əldə edə biləcəyi ən böyük xoşbəxtlik ana olmaqdır və bir ananın dünyaya təqdim edə biləcəyi ən əhəmiyyətli hədiyyə, imanlı, şəxsiyyətli, xoşbəxt və azad olaraq yetişdirilmiş olan uşaqlardır.

Ananın uşağın ilk və ən təsirli müəllimi olmasına baxmayaraq, ananın analıq edə bilməsi üçün mütləq məsuliyyətinin şüurunda olan bir ata-ərə ehtiyacı vardır. Əgər ata uşağın məsuliyyətinin hamısını qadına yüklərsə, yoldaşına da kömək etməzsə üstəlik uşaqdan ötəri ananı günahlandırmaq kimi çox pis bir rəftara əl atarsa o zaman həm özünə həm də ailəsinə çox böyük zərər vermiş olar. Ananı uşaqlara qarşı əksiltməmək ağıllı ata-ərlərin ən qabaqcıl olan vəzifələrindəndir.

Gözəllər gözəli Allahın yaratdığı bu mükəmməl aləmdə heç bir ağacın heç bir ağaca, heç bir barmaq izinin heç bir barmaq izinə, heç bir qum dənəsinin heç bir qum dənəsinə, heç bir uşağın da heç bir uşağa bənzəri olmadığı kimi hər uşağın tərbiyəsi, ruhu, xasiyyət və xüsusiyyətləri də digər uşaqlardan fərqlidir. Onun üçün uşaq tərbiyəsinin hər yerdə, hər zamanda hər kəs üçün etibarlı tək bir standartı yoxdur və ola bilməz də. Necə ki Həzrəti Əli buyurur: "Övladınızı, olduğunuz zamandan başqa bir zaman üçün təlim və tərbiyə edin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar. Uşağınızın tərbiyəsində əsla qüsur və qəflət etməyin". Həzrəti Əlinin bu möhtəşəm təklifində isə diqqət çəkən ən əhəmiyyətli ünsürlərdən biridə uşaqlarımızı öz və ya özümüzdən əvvəlki zamanlara aid təlim və tərbiyə etməli deyil uşağın yaşayacağı zamana görə təlim və tərbiyə etməliyik. Əks halda uşaqlarımız bir çox problemlərlə qarşılaşaraq zamana uyğunlaşamazlar və özlərini rahat hiss edə bilməzlər. Həzrəti Əlinin sözlərini Sokratda özünün bu ifadəsi ilə təsdiq edir: "Uşaqlarınızı sizin izinizdə olmağa məcbur etməyin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılmışlar."

Bir alimin də vurğuladığı kimi: ''Uşaq doğulduğu andan etibarən öyrənməyə başlayır. Əgər siz ilk illərdə ona təhlükəsizlik duyğusunu verər, onu sevgi və şəfqətlə bəsləsəniz o gələcəkdə "əmin olan və özündən əmin olunan" ümid, sevgi və inanc dolu bir insan olacaq. Əgər uşağınıza ilk illərdə təhlükəsizlik duyğusunu verə bilməsəniz, ömür boyu kimsəyə güvənməyən və kimsənin özünə güvənmədiyi, ümidsiz, sevgisiz və xoşagəlməz, pessimist bir insan olaraq yetişdirə bilərsiniz.

Biz uşaqlarımızdan məsul olduğumuz üçün onların bu günlərini düşündüyümüz kimi sabahlarını da düşünməyimiz lazımdır. Mümkün olduğu qədəriylə heç bir ana və ata uşağını qardaş-bacısız buraxmamalıdır. Çünki qardaş və bacısız bir uşağın ömür boyu qardaş və bacısı olmayacaq, özü də ömür boyu nə əmi, nə dayı və ya nə bibi nə də xala olmayacaqdır. Nə qədər təəccüblü olsa belə, ən asan uşaq yetişdirmə üsulu cüt-cüt böyüdülmə üsuludur. Yəni, uşağı tək buraxmayıb məqbul bir aradan sonra ona ikinci bir qardaş verib onu yalnız yetişdirməmək. Bu vəziyyətdə, həm ana-ata bir uşaq üçün verdiyi əməklə iki uşağı birdən yetişdirmiş olacaq, həm də uşaqlar bir-birlərinə arxa olaraq tək və yalnız olmanın ömür boyu sürə bilən psixoloji narahatlıqlarına tutulmayacaqlar.

Uşağımıza namaz qılmağı əmr etməzdən əvvəl uşağımızı mükəmməl bir şəkildə dinimiz haqqında məlumatlandırmağı, məlumatlandırdıqdan sonra bildiklərinə sevdirməklə birlikdə inandırmağı təmin edərək sonrada şüurlandıraraq, arxasından da öyrəndiklərinə tətbiqi öyrətsək uşağımızın gələcəkdə necə gözəl əxlaqlı möminə çevrildiyinin şahidi olarıq. Bunları etmədən uşağa sevdirmədən, məlumatlandırmadan və hamısından əhəmiyyətlisi şüurlandırmadan namaz qılmağa məcbur etsəniz, yalnız ağıl yetkin olana qədər namaz qıldıra bilərsiniz. Halbuki namaz, ağıl yetkin olduqdan sonra fərz olar.

Hər uşağın şəxsiyyəti yeddi yaşına qədər meydana gəlir. Halbuki, işi bilməyən ana-atalar hər şeyin yeddi yaşından sonra başladığını sanarlar. Bu yaş, hər şeyin başladığı deyil, az qala şəxsiyyət meydana gəlməsinin tamamlandığı yaşdır. Bu demək deyil ki, uşağına geri qalan uşaqlıq illərində ediləcək bir şey yoxdur və sizə, artıq oturub halınıza ağlamaqdan başqa bir şey düşməz. Əlbəttə, yeddi yaşından sonra da ediləcək çox şey vardır, lakin uşağın şəxsiyyət skeleti ilk yeddi il içərisində qurulur, daha sonra edilənlər isə bu skeletin büründürülməsi və bəzənməsidir.

Ana və atalıq böyük bir ustalıq tələb edən gerçək bir sənətdir Bu sənəti icra edə bilmək üçün hər vaxt lazımlı məlumat və təcrübələrlə donanmaya çalışmaq, uşaq tərbiyəsi ilə bağlı mümkün olduğu qədər təhsilimizi artırmalıyıq. Davamlı özümüzü yeniləmə səyində olmalıyıq. Madam ki, uşaq bir nəsildir, üstəlik bu uşaq bizim nəsilimiz və bizim əsərimizdir, lazım olan qayğı və incəliyi göstərməyimiz çox vacibdir.

Gözəllər gözəli əl-Hafiz olan Allah övladlarımızı qorusun, bizləri də onların şərindən qorusun, onları Allah üçün yaşayan, Allah rızasını qazanan və Allahın iman neməti ilə bəzənmiş qullarından etsin inşAllah. Sonda Həzrəti İbrahimin duası ilə bitirmək gözəl olardı: "Rəbbim! Mənə salehlərdən (bir övlad) lütfkarlıq et! "(37;100) Amin..

Mənbə: azerislam.com
Top