Qiyamət qopmuşdu.Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? - deyir.
İzdiham birdən aralanır,qarşısında bir yol açılır.İki nəfər qollarına girir.Bunlar məşhər meydanının xidmətçiləri idi.İzdihamın arasından çaşqın baxışlarla keçir.Meydanın mərkəzinə gəlirlər.Xidmətçilər yanından uzaqlaşırlar.Başı önünə əyilir...Bütün həyatı gözlərinin önündən gəlib-keçir.Öz-özünə:
- Şükürlər olsun,gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insanları gördüm.Atam ibadətlərinə həddindən artıq həssas yanaşır,dostları ilə dini söhbətlər təşkil edir,malını İslam yolunda xərcləyirdi.Anam da onun kimi.Mən də hər zaman onlar kimi oldum.Bəşəriyyətə xidmət etməyə çalışdım,onlara Allahdan danışdım.Namazımı qıldım,orucumu tutdum.Fərz olan nə varsa,yerinə yetirdim,haramlardan uzaq durdum....
Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü.Öz-özünə: "Rəbbimi sevirəm,heç olmasa,sevdiyimi düşünürəm," - deyirdi.Amma bir tərəfdən də: "Onun üçün nə etsəm,yenə azdır,bu,mənim cənnəti qazanmağıma kifayət etməz.Yeganə ümidim Allahın bağışlaması və rəhmətidir," - deyə düşünürdü.
Hesab çox uzun çəkdi.Qorxudan muncuq-muncuq tər tökür,tir-tir titreyirdi.Gözləri tərəzinin millərində qalmışdı.Nəticənin nə olacağını gözləyirdi.Nəhayət,oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər.Hökm veriləcəkdi.Öncə adı oxundu.Artıq ayaqlarının üstündə dayana bilmirdi.Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi.Birdən məhşərdəki izdihamdan bir uğultu qopdu.Qulaqları səhvmi eşidirdi,nədir,Onun adı "cəhənnəmliklər" siyahısında oxunmuşdu.Dizləri üstə çökdü,yıxıldı. "Ola bilməz" - deyə qışqırdı.Qalxıb sağa-sola qaçmaga başladı.Hıçqıraraq: "Mən necə cəhənnəmlik ola bilərəm?Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam.Onlarla bərabər insanlarla Rəbbimi tanıtmağa çalışmışam," - deyirdi.
Göz yaşları titrəyən vücudunu islatmışdı.Məşhər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başladılar.
Xidmətçilərin qolları arasında çırpınırdı.Bir qurtuluş yox idimi?Bir yardım edən olmayacaqdımı?Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə başladı: "Oruclarım... Oxuduğum Quranlar... Namazım... Heç biri xilas etməyəcəkmi?"
Ağlaya-ağlaya yalvarırdı.Alova yaxınlaşmışdılar.Başını geriyə çevirdi.Son çırpıntıları idi.
Rəsulullah (s.ə.s.):"Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə yuyunsanız,üzərinizdə heç kir qalarmı?Namazda belədir.Allah onun sayəsində bütün günahları silər,"- buyurmamışdımı?
Son dəfə:"Namazlarım da mı mənim dadıma çatmayacaq?"-deyə düşündü və "namazlarım...." deyə hıçqırdı.
Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirdilər.Alovların istisi üzünü yandırmağa başlamışdı.
Sonuncu dəfə dönüb geriyə baxdı.Artıq gözləri də qurumuşdu.Ümidini tamam itirmişdi.
Qollarını sıxan əllərin boşaldığını hiss elədi.Qolları yanına düşdü.Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi.Ayaqları yerdən üzüldü.Bədəni bir anda uçurumun dibinə yuvarlandı.Alovların içərisinə doğru süretlə düşürdü.Bir neçə metrə düşmüşdü ki,bir əlin onun qolundan tutduğunu hiss etdi.Başını qaldırıb yuxarıya baxdı.Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi.Qoca onu yuxarıya doğru qaldırdı.O,üst-başının tozunu təmizlədikdən sonra soruşdu
-Siz kimsiniz?
-Mən sənin namazlarınam.
-Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin?Lap son anda çatdın.Az qalmışdı alovların içinə düşəm.
Qoca acı-acı gülümsəyərək başını yellədi:
-Sən məni həmişə axıra saxlayırdın,xatırladınmı?!
Gözlərini açdığı zaman yatağında idi.Qan-tər basmışdı.Dərindən bir ah çəkdi və "Əlhamdulillah,çox şükür ki,yuxu imiş,"-dedi.Sonra çöldən gələn səsə qulaq asdı.Yatsı namazının azanı oxunurdu.Ox kimi yerindən sıçradı:dəstəmaz alacaqdı...