Yoxsul və Zəngin

Yoxsul və Zəngin

Rəsulu Əkrəm (s. a. v) hər zamanki kimi məclisində oturmuş və dostları da ətrafında halqa şəklində, onu bir üzük  kimi ortaya almışlardı. Bu vaxt köhnə paltarlı kasıb bir müsəlman qapıdan içəriyə girdi. İslami adətlərə görə hər kəs hər hansı mövqedə olursa olsun bir iclasa girincə harada boş yer tapsa dərhal oraya oturmalıdır. ‘Mənim canım buranı istəyir' fikiriylə xüsusi bir yerə oturmaq lazım deyil. O adam ətrafına baxdı və boş bir yer tapdı; getdi oraya oturdu. Təsadüfən  zənginlərdən birinin yanına oturmuşdu. Zəngin adam paltarını yığaraq ondan bir az uzaqlaşdı. Bu hərəkətləri izləyən Rəsulu Əkrəm (s. a. a) ona dönərək:
- Kasıblığından sənə bir şey keçər deyəmi qorxdun?
- Xeyr ya ResulAllah.
- Sərvətindən ona bir pay düşər deyəmi qorxdun?
- Xeyr ya ResulAllah.
- Paltarların çirklənər deyəmi qorxdun?
- Xeyr ya ResulAllah.
- O halda nə üçün yanından uzaqlaşıb bir kənara çəkildin?
- Səhv bir iş etdiyimi və səhv etdiyimi etiraf edirəm. İndi bu səhvimin cəzası  və bu günahımın bağışlanması üçün sərvətimin yarısını bu müsəlman qardaşıma verməyə hazırım dedi. Çünki ona qarşı səhv bir hərəkət etdim. Məni bağışlayın ya ResulAllah.
- Köhnə geyimli adam: Lakin mən bunu qəbul etməyə hazır deyiləm.
- Camaat: Nə üçün?
- ‘Çünki bir gün məni də bir qürurun qucaqlamasından və bir müsəlman qardaşıma, bu gün bu şəxsin mənə etdiyi kimi, eyni hərəkəti etməkdən qorxuram' deyər.

 

Top