Onlar oruc tutmadılar

Onlar oruc tutmadılar

Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmalarını əmr edərək:
- Mən icazə vermədən kimsə orucunu açmasın, buyurar.
Hər kəs orucunu tutar. Axşam olunca, tək-tək müraciət edənlərə, iftar icazəsi verər. Bu vaxt bir adam gələrək:
- Ya Rəsulullah! İki gənc qız oruc tutdu və yoruldular. Zat-i alinizə gəlməyə utanırlar. İcazə buyursanız iftar etsinlər, dedi. Rəsulu Əkrəm (s.ə.v.) icazə vermədi. Adam iki dəfə daha gəldi. Sonunda Rəsulullah
- Onlar oruc tutmadılar. Bütün gün insanların ətini yeyənlər, necə oruclu olarlar? Get onlara söylə: Oruc tutdularsa, istifra etsinlər baxaq, buyurdu.
Adamcığaz getdi, lazım olanı söylədi. Onlar da deyiləni etdi və qan parçaları qusdular. Adam Resülullah Əfəndimizə dönərək vəziyyəti bildirdi. Bunun üzərinə Peyğəmbərimiz (s.ə.v.):
- Nəfsim qüdrətində olan Allaha and içərəm ki; əgər qusmayıb bu qan parçaları mədələrində qalsaydı, onları cəhənnəm atəşi məhv edərdi.

Top