Bu hədisi dəfələrlə oxumuşam. Əminəm ki, çoxları oxumamış olmazlar. Amma yenə də icazənizlə hikmətlə dolu olan, uca Allahın nə qədər biz bəndələri sevdiyini, necə rəhman və rəhim olduğunu göstərən bu hədisi sizlərə təqdim edim.
Əbu Səid (r.a) rəvayət edir:
"Rəsulullah (s.a.s) buyurdular ki:
Sizdən əvvəl yaşayanlar arasında 99 adamı öldürən bir adam vardı. Bir ara yer üzünün ən məlumatlı adamını soruşdu. Ona bir rahib məsləhət edildi. Onu axtarıb tapıb, doxsan doqquz adam öldürdüyünü, özü üçün bir tövbə imkanının olub olmadığını soruşdu.
Rahib:
- Xeyr yoxdur! dedi. Bu cavab qarşısında onu da öldürüb cinayətini 100-ə çatdırdı.
Qatil yer üzünün ən çox bilən adamını axtarmağa davam etdi. Ona bir alimi məsləhət gördülər. Onu da tapdı və ondan yüz adam öldürdüyünü, özü üçün bir tövbə imkanı olub olmadığını soruşdu.
Alim:
- Bəli, vardır, səninlə tövbən arasına kim pərdə ola bilər? dedi. Və əlavə etdi:
- Ancaq, filan məmləkətə getməlisən. Çünki orada ALLAHA ibadət edən kəslər var. Sən də onlarla ALLAH ibadət edəcəksən və bir daha öz məmləkətinə dönməyəcəksən..
Adam yola çıxdı. Gedərkən mənzil başına çatar çatmaz ölüm mələyi gəlib ruhunu aldı. Rəhmət və əzab mələkləri onun haqqında ixtilafa düşdülər. Rəhmət mələkləri:
- Bu adam tövbəkar olaraq gəldi. Ürəkdən ALLAHa yönəlmişdi, dedilər.
Əzab mələkləri də:
- Bu adam heç bir xeyir işləmədi, dedilər.
Onlar belə çəkişərkən insan surətində bir başqa mələk, yanlarına gəldi. Mələklər onu aralarında hakim etdilər.
Hakim onlara:
- Onun çıxdığı yerlə, getməkdə olduğu yer arasını ölçün, hansı tərəfə daha yaxınsa ona təslim edin, dedi.
Ölçdülər, gördülər ki, getməyi arzu etdiyi (yaxşılar diyarına) bir qarış daha yaxın. Onu dərhal rəhmət mələkləri apardılar."