Bağlanmayan qapı

Bağlanmayan qapı

Hökmdarlıq edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə təchiz edilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün hökmdar sarayın bağçasına gəldi. Hökmdar bağbanı bir bəhanə ilə bağçadan kənara göndərdi. Və bağbanın zövcəsinə dedi ki : 
- Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın
Qadın, ağıllı və namuslu idi. Hökmdarın pis niyyətini yerindəcə anladı.
Qadın, gedib bir ağacın arxasında gizləndi, və bir az sonra gəlib dedi ki :
- Qapıları bağladım. Tək bir dənəsi qaldı. Onu bağlamağa gücüm çatmır.`
Nə qədər çalışsamda bağlaya bilmirəm.  Hökmdar acı - acı gülümsəyərək :
- O, hansı qapıdır?
- Bəsir qapısı.
- Bəsir...?
- Həə. Bu qapı, ALLAHU Təalanın Bəsir sifətiylə bizi gördüyü qapıdır. Hökmdar, bu sözü eşidincə, çox utandı, görmədiyi hərəkətin niyyətinə peşman olub tövbə etdi. 
Bəsir : Hər şeyi görən. ALLAH qəlbdəki , beyindəki hisləri, fikirdəki gizlilikləri görür və bilir.
«Həqiqətən ALLAH eşidən və görəndir». (əl-Mucadələ 1).
Bu aləmdə olan ən kiçik parçaları, ən cüzi qarışqanı da belə, orqanlarını, ətini, qanını, beynini və damarlarını da görəndir. Yeddi qat göyün üzərində olanı gördüyü kimi, yeddi qat yerin altında olanı da görür. ALLAH yer və göylərin hər yerində görüləbiləcək hər şeyi Bəsir sifəti ilə onları görməkdədir. Onun üçün görülməyən bir şey yoxdur. Heç bir şey Ondan gizli deyildir. O, görünəni və görünməyəni, hazır olanı və olmayanı görəndir. Hətta gözlərin hərəkətlərini, qəlb atışlarını və ağıla gələn düşüncələri dahi bilən və görəndir.
«(ALLAH) gözlərin xainliklərini və kökslərin saxlamaqda olduqlarını biləndir». (əl-Mumin 19).

Top