Cənnət ağacları

Cənnət ağacları

Bir gün Rəsulullah (s. a. a) belə buyurdular: Kim "SubhanAllah" desə, Allah Təala bu zikrə qarşılıq qiyamət günü ona cənnətdə bir ağac əkər.
Yenə kim "La ilahə illəllah" desə, Allah Təala bu zikr qarşılığında cənnətdə ona bir ağac əkər.
Yenə kim "Allahı Əkbər" desə Allah Təala bu zikrə qarşılıq cənnətdə ona bir ağac əkər.
Bu sırada Qureyşli olan bir adam belə dedi:
Ya Resulullah! Bu vəziyyətdə bizim cənnətdə bir çox ağaclarımız olacaq. Çünki biz davamlı olaraq bu zikrləri söyləyirik.
Rəsulullah (s. a. a) cavab olaraq belə buyurdular:
Bəli doğrudur. Amma onları günah atəşiylə yandırmaqdan çəkinin. Çünki Allahı Təala belə buyurur: "Ey iman edənlər! Allah və rəsuluna itaət edin və əməllərinizi etibarsız etməyin."

Qaynaq:
Bihar, c. 8, s. 186; c. 93, s. 168.

Top