Güllər və "mənaları"

Güllər və "mənaları"

Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:

  • Qızıl gül,qırmızı rəng — məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
  • Qərənfil —          ehtiras
  • Su zanbağı —     su pərisi
  • Astra —             qəm-qüssə,xatirə
  • Sarı gül —          ayrılıq
  • Qanqal —           dəlicəsinə sevmək, «sevgidə qorxu bilmir»
  • Limon yarpağı — sevdiyi qızın razılığını almaq
  • Mavi rəng —        suya,havaya oxşatma,sakitləşdirici əlamət
  • Çəhrayı rəng —    gənclik, gözəllik, hörmət, səmimilik əlaməti
  • Boz şəbəgülü —   barışıq
  • İnciçiçəyi —        səni sevirəm
  • Tam açılmış gül — ötən günləri xatırlamaq
  • Yarı açılmış gül —  yeni gün
  • Qönçə və tumurcuq — gələcəyə inam
  • Ağ rəng ---   bitərəf,habelə təmizlik və saflıq əlaməti
  • Yaşıl  ---     cəlbedici, yorğunluq aradan qaldıran, sakitləşdirici əlamət

Bundan sonra birinə gül verərkən daha diqqətli olaq.

Top