Əgər bütün səylərinizə baxmayaraq arıqlaya bilmirsinizsə, deməli hardasa səhv buraxırsınız. Aşağıda bu səhvlərdən 10 ən əsası haqqında qeyd edilir.
1. .......
2. Arıqlayanın psixologiyası. Əgər siz sizə uyğun olmayan sərt pəhrizdəsiniz isə, istər istəməz yemək haqqında xəyallar qurmağa başlayacaqsız. Hər kəsə məlum olduğu kimi də “olmaz” həmişə daha şirin olur. Bir gün psixikanız əzablara dözməyəcək və siz soyuducunu boşaldacaqsınız. Bundan qaçmaq üçün sağlam pəhriz saxlamaq məsləhət görülür.
3. Yeni qəribə – qəribə pəhrizlərlə maraqlanmaq. Məsələn, zülal pəhrizi, kofe pəhrizi, meyvələrin rənginə uyğun pəhriz və sair. Belə pəhrizlər elmi əsasa malik deyillər, bunların verdiyi effekt qısamüddətli olur. Buna “bonus” olaraq zəiflik, əsəbilik, mədə – bağırsaq pozğunluğu və bir çox xəstəliklər. İnsan orqanizminə həm zülal, həm vitamin, həm minerallar lazımdır. Orqanizmi bunlardan uzaq tutsaz xəstələnməniz labüddür.
4. Yağlardan imtina. Hər bir yağın sonda bədəndə piyə dönəcəyi düşüncəsi tamamilə yanlışdır. Piy fastfud və gecə yeyilən kalorilərdən yaranır. İnsana yağ vacibdir, əsasən təbii bitki, qoz, balıq yağları. Yağ olmasa, bir çox lazımlı elementler həzm olunmayacaq. Siz həmişə aclıq hiss edəcəksiniz, iş qüvvəniz itəcək, fikirləşmə sürrətiniz azalacaq, dəriniz solacaq.
5. Fiziki yükün olmaması. Burada bilin ki, əgər siz fiziki yüksüz arıqlayırsınız isə, bu prosesdə siz yağ və su itkisindən əlavə əzələ itkisi ilə də üzləşəcəksiniz. Hal bu ki, əzələləri tonusda saxlasaz, onlar yağların əriməsinə yardımcı olacaqlar. Əzələsiz arıqlama nəticəsində dəriniz sallanacaq, qırışlar artacaq. Arıqlayandan sonra gözəl görünmək istəyirsiniz isə, mütləq fitnes və rəqs ilə məşğul olun.
6. “Fiziki yük – istirahət” prinsipi. Özünüzü sonadək fiziki yüklə yorduqdan sonra mükafatlandırmaq eşqinə düşsəniz, yəni sonsuz yeməyə başlasanız, nəinki əritdikləriniz üstəgəl bir neçə yüz kaloriy qazanacaqsınız. Sonra yatan zaman bu kalorilər birləşərək, piyə dönəcəklər. Sonra isə suallar yaranacaq, axı niyə? Çünkü orqanizmi istismar yox, onu ağıllı istifadə etmək lazımdır.
7. Sağlamsız qidalanma. Ən çox yayılmış yanlış: səhər yeməyindən imtina və gün ərzində bir dəfə qida gəbul etmək. Bu nəinki sağlıqsız həmdə orqanizmə qarşı qəddar bir hərəkətdir. Mədə pozuntuları qaçılmazdır. Orqanizm normal fəaliyyətindən olur, maddə mübadiləsi düşür. Həmdə arada “istirahət” kimi həddən artıq çox yemək belə yanlışlardan biridir. Sağlam qidalanaın.
8. Cürbəcür şirələrlə, tonus verən içkilərlə maraqlanma. Hər kim bu içkilərin az kalorili olduqlarını və istənilən zaman içilə bildiklərini düşünürsə, böyük bir səhvə yol verir. Kaloriy yalnız suda yoxdur. Hər bir içki enerqetik dəyərə malikdir, bir çox vaxtlarda bu dəyər yetərincə yüksək belə olur. Bunlara alternativ olaraq meyvəni sizə məsləhət görə bilərik.
9. Xroniki stress əhvalı-ruhiyyə. Əlbəttə stressdən müasir dövürdə qaçmaq mümkün olmur. Yalnız bu stressin davamlı olması bir çox çətinliklər yaradır. İnsan psixologiyası pozulur, insanda “tormozlanma” gedir, qarın nahiyəsində piy hüceyrələri yığılmağa başlayır. Qarın piyini bir çox vaxt “əsəb” adlandırdıqlarını yəqin eşitmisiniz. Beləki gözəl və arıq olmaq istəyirsiniz isə, mütləq stressdən uzaq olmağa çalışın.
10. Maddə mübadiləsinin pozulması. Əgər kortəbii arıqlayırsınız isə, sizin orqanizminiz ilə ciddi problemlər gözləyir. Bu kimi xəbərdarlıqları gənc dövürlərindən dinləməyən insanlar, sonda acı həqiqətlərlə üzləşirlər.
Həmçinin oxu: vegetarianlar haqqında