Arxeoloqlar Britaniyada tarixdən əvvəlki dövrə aid olan Stounhenc (Stonehenge) məntəqəsində qazıntı işlərinə başlayıblar. Bu, 1964-cü ildən bəri daş erası çərçivəsində aparılan ilk qazıntıdır və arxeoloq-alimlər bu obyektlə bağlı indiyədək qalan suallara cavab tapmaq üçün müasir elmi nailiyyətlərdən istifadə etmək niyyətindədirlər.
Stonehenge bir müəmma qalmaqda davam edir. İngiltərənin cənubundakı Salisbury düzənliyində yerləşən bu abidənin 3 min il yaşı var.
Lakin bu nəhəng daşların hansı məqsədlə burada quraşdırıldığını və ya abidənin ilkin olaraq neçə göründüyünü söyləmək hələ olmur. Məhz buna görə də arxeoloqlar düz iki həftə davam edəcək qazıntılara olduqça böyük əhəmiyyət verirlər. Bu, Stonehenge-in ikili daş dairəsi ətrafında son on illər ərzində ilk arxeoloji qazıntılardır. Məlumdur ki, Stonehenge-dəki nadir daşlar Salisberiyə 250 kilometr aralıqdan - Uelsdən gətirilib və qədim dövrlərdə bir neçə dəfə müxtəlif formada düzülüb. Lakin indi alimlər müasir texnologiyaların vasitəsi ilə abidənin ətrafındakı müəmmanı heç olmasa azaçıq açmağa ümid edirlər. Stonehenge ətarafında bir neçə nəzəriyyə var. Kimi deyir ki, qədin britonların yaratdığı bu abidə nəhəng astronomik saatdır; kimi isə bunun bir növ qədim qurbanlıq yeri olduğunu zənn edir. Lakin bu son arxeoloji qazıntılara rəhbərlik edən professor Tim Darvill hesab edir ki, bu Uelsd daşları qədim dövrlərdə müalicəvi xüsussiyyətlərinə görə məşhur idi. Məhz bu səbəbə, onun fikrincə, bu daşlar Salisberiyə gətirilmişdir. Yəni, onlar bu yerlərdə məskunlaşan insanlar üçün bir növ müalicə mənbəyi kimi istifadə olunurdu. mənbə: BBC Azərbaycan