Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?

‎1. Bibliya 2462 dilə tərcümə olunub. Həmçinin "Star Track" filmində yadplanetlinin danışdığı klinqon dilinə belə tərcümə olunub. Birdən yad planetlilər Bibliya oxumaq istəsələr çətinlik çəkməsinlər deyə =)
2. Dünyada mövcud olan bütün qarışqaların çəkisi dünyada yaşayan bütün insanların çəkisinə bərabərdir.
3. Braziliyada elə bir hörümçək mövcuddur ki, o kişiləri sancarsa həmin insanlarda bir neçə saat keçməyən ereksiya yaranır. 
4. Anatidaefobiya-elə bir qorxudur ki, bu qorxudan əziyyət çəkən insanlar elə zənn edirlər ki, onları hansısa ördək izləyir.
5. Ağcaqanadları sizdən uzaqlaşdıran vasitələr (sprey və ya kremlər) əslində ağcaqanadları sizdən uzaqlaşdırmır onlar sizi ağcaqanadlardan gizlədir. Belə ki, həmin vasitələr ağcaqanadların hissiyat hüceyrələrini keyləşdirərək onların insanları hiss etmək qabiliyyətini məhv edir. Beləliklə həmin an siz ağcaqanadlar üçün görünməz olduğunuz üçün o sizlərə yaxınlaşmır.
6. Həşərat yeməyənlər üçün xüsusi açıqlama =) Böcəklər dadına görə alma, eşşəkarısı meşə çərəzi, soxulcanlar isə qızardılmış donuz əti tamına malikdirlər. 
7. Orta hesablamaya görə qadın orqazmı kişi orqazmından 4 dəfə uzun çəkir.
8. Statistikaya görə əgər fəlakət baş verən zaman ilk 90 saniyə ərzində siz panikaya düşməmisinizsə deməli siz ya sağ qalacaqsınız yada ki rahat öləcəksiniz əzab əziyyətsiz =)
9. Orta hesabla bir ömür ərzində insanın ifraz etdiyi tərlə 25 metrlik hovuzu doldurmaq olar.
10. Hər il 30 000 insan özündən yeni seksual poz ixtira etmək arzusunu həyata keçirməyə cəhd edərək şikəst olurlar. Yaxşısı budur heçkəs özündən amerika kəşf etməsin =)

11. Asqıran zaman insan ürəyi bir neçə saniyəlik fəaliyyətini dayandırır. Ona görə asqıran zamanı insana Sağlam ol deyirlər.
12. Statistikaya görə Bazar ertəsi özünə qəsd edənlərin həll edici günüdür. Hesaba alınmış özünə qəsd hadisələrinin 96%-i həftənin birinci günü yəni Bazar ertəsi baş verib.
13. Ən maraqlı faktlardan biri isə odur ki, içdiyimiz suyu bizdən öncə bir neçə insan bir neçə dəfə içib. 
14. İnsan bədənində bakeriyaların sayı hüceyrələrin sayından 10 dəfə çoxdur.
15. Amerikanlıların raketin işə salınma kodu 00000000 idi və 17 il ərzində bu dəyişməz olaraq qalmışdır.

16. Homoseksuallıq 1500 növ heyvanlar arasında yayılmışdır. İnsandan sonra yalnız amazon delfinləri eyni cinsləri ilə uzun müddət yaxınlıq edirlər.
17. Metamfetamini ABŞ-da və Kanadada resept ilə aptekdən almaq mümkündür. Dezoksin adı altında satılan bu narkotik maddələri piylənməni müalicə etmək üçün həkimlər tərəfindən xəstələrə yazılır.
18. Kokos sudu o qədər təmiz və sterildir ki, İkinci dünya müharibəsi zamanı IV qan qruplu yaralılara plazma əvəzi bu süddən istifadə edirdilər.
19. Əslində biz burnumuzu tək güzgüdə deyil hər zaman görə bilərik çəpgözlükdən əziyyət çəkmədən. Sadəcə beynimiz bundan imtina etməyi daha üstün tutur. 
20. Qadın və kişi genetik cəhətdən daha çox şimpanzeyə yaxındırlar nəinki bir-birilərinə.

Həmçinin bax: Maraqlı bilmədiyimiz faktlar
Mənbə: Solo.Az
Top