Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası

Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası

5.  Azərbaycan qara metallurgiya sənayesində boru-prokat istehsalının inkişafı əlaqədardır:
A) nəqliyyat maşınqayırmasında olan tələb ilə
B) zəngin kömür və dəmirin mövcudluğu ilə
C) kimya sənayesinin güclü inkişafı ilə
D) tikinti sənayesinin inkişafı ilə
E) neft-qaz sənayesinin inkişafı ilə

13. Azərbaycanda neft hasilatı sənayesinin inkişaf etməsi hansı sənaye sahəsinin inkişafını tələb edir?
A) əlvan metallurgiyanın
B) yüngül sənayenin
C) meşə sənayesinin
D) kənd təsərrüfatının
E) neft-mədən avadınlığı istehsalının

21. Azərbaycanda kağız sənayesi istehsalının mövcud olmamasının səbəbi:
A) enerji ehtiyatları ilə zəif təmin olunması
B) ixtisaslı kadrların olmaması
C) kağıza olan tələbatın aşağı olması
D) su ehtiyatlarının çatışmaması
E) meşələrin sənaye əhəmiyyətli olmaması

29. Respublikamızda pambıqtəmizləmə zavodlarının Kür-Araz ovalığında yerləşməsi əlaqədardır:
A) ucuz işçi qüvvəsinin çox olması ilə
B) səthin hamar relyefi ilə
C) yarımsəhra və quru iqlim tipinin mövcudluğu ilə
D) mühüm nəqliyyat yollarının buradan keçməsi ilə
E) xammalın mövcudluğu ilə

37. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsində əsas məqsəd:
A) kimya sənayesinin güclü inkişafına nail olmaq
B) boru-prokat istehsalını artırılmaq
C) Azərbaycan-Gürcustan əlaqələrini möhkəmləndirmək
D) Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaq
E) ölkədə çıxarılan nefti dünya bazarına çıxarmaq

45. Sumqayıt şəhərində neft-kimya sənayesinin inkişafının səbəbi:
A) şəhərin dəniz sahili mövqeyi
B) şəhərin yeni, müasir üslubda tikilməsi
C) paytaxta yaxın yerləşməsi
D) şəhərin Abşeron yarımadasının şimalında yerləşməsi
E) xammal mənbələrinə yaxın olması

53. Gəncə şəhərində alüminium oksidi müəssisəsinin yerləşməsi əlaqədardır:
A) şəhərin dənizdən uzaq yerləşməsi ilə
B) şəhərin paytaxtdan kənar yerləşməsi ilə
C) şəhərin ekoloji cəhətdən təmiz olması ilə
D) ixtisaslı kadrların burada cəmlənməsi ilə
E) enerji və xammal mənbələrinə yaxın olması ilə

63. Azərbaycanda qara metallurgiyanın inkişafının zəif olması hansı amillər ilə əlaqədardır?
A) dəmir ehtiyatlarının olmaması ilə
B) kömür ehtiyatlarının olmaması ilə
C) meşə ehtiyatları ilə təminatın pis olması ilə
D) ekoloji tarazlığı qorumaq məqsədi ilə
E) əmək ehtiyatlarının çatışmazlığı ilə

71. Azərbaycanda alüminium sənayesinin Gəncə-Qazax iqtisadi rayonuna meyl etməsi hansı amil ilə əlaqədardır?
A) filizin tərkibinin zəngin olması ilə
B) alüminium almaq üçün tələb olunan uçuz enerjinin çox olması ilə
C) alüminium oksidini almaq üçün tələb olunan bentonit gilin  burada mövcud olması ilə
D) ixtisaslı kadrların burada cəmləndiyi üçün
E) alüminium tərkibinin kasıb olması ilə əlaqədar olaraq daşınmanın baha olması ilə

81. Respubilkanın elektrotexnika cihazları istehsal edən müəssisələrinin Abşeron yarımadasında yerləşdirilməsi əlaqədardır.
A) Xəzər dənizinə çıxışın olması ilə
B) ixtisaslı kadrların burada toplanması ilə
C) elektrik enerjisi istehsalının çox ucuz başa gəlməsi ilə
D) ərazinin düzən relyefi ilə
E) yüngül sənaye müəssisələrinin bu rayonda cəmləşməsi ilə

90. Azərbaycanda kənd təsərrüfatının əsas sahəsinin bitkiçilik istiqamətində olması nə ilə əlaqədardır: 
A) bitkiçilikdən daha artıq gəlir götürməyin mümkünlüyü ilə
B) bitkiçilik üçün aqroiqlim şəraitinin mövcud olması ilə
C) bitkiçiliyin əsasən dəmyə xarakterli olması ilə
D) Ölkənin çox hissəsində yay aylarının rütubətli keçməsi ilə
E) vegetasiya müddətinin illik yüksək qiyməti ilə

98. Təbii qaz ehtiyatına görə dünyada görkəmli yer tutan ölkə:
A) Polşa                B) Niderland        C) Belarus
D) Fransa              E) Gürcüstan

99. Azərbaycanda əkinçiliyin əsasən suvarma xarakterli olması əlaqədardır:
A) bitkiçiliyin yalnız düzənlik və okean səviyyəsindən aşağıda olması ilə
B) əkinçilik rayonlarının çox hissəsində yay aylarının quraq keçməsi ilə
C) əkinçilik rayonlarının çox hissəsində qış aylarının rütubətli keçməsi ilə
D) vegetasiya dövründə əkin sahələrinin suya tələbatı təbii yolla ödənildiyi üçün
E) Ölkədə suvarma şəbəkəsi kanallarının mövcud olması ilə

107. Pambıq əkinlərinin Kür-Araz ovalıgında cəmlənməsi əlaqədardır:
A) yay aylarının quraq, qışın sərt keçməsi ilə
B) kifayət qədər istilik, suvarma sistemi və əhalinin əmək vərdişləri ilə
C) əlverişli təbii şərait, güclü enerji mənbələri
D) qadın əməyi, və bataqlıq landşaftların mövcudluğu ilə
E) düzən ərazi, bol rütubət, tuqay meşələrinin geniş yayılması ilə

115. Azərbaycanda yeyinti sənayesinin tərkibinin müxtəlif olması əlaqədardır:
A) əhalinin alıcılıq qabiliyyətinin çox yüksək olması ilə
B) təbii şəraitin müxtəlifliyi ilə
C) ərazinin düzən relyefə malik olması ilə
D) yeyinti sənayesi müəssisələrinin çoxluğu ilə
E) güclü nəqliyyat sisteminin mövcudluğu ilə

Top