103. Böyük qan dövranının venalarında qanın orta təzyiqi nə qədərdir?
A) 7 mm.c.st.
B) 14 mm.c.st.
C) 3 mm.c.st.
D) 20 mm.c.st.
E) 11mm.c.st.
104. Mədəciklərin miokardının asinxron və izometrik yığılma dövründə mədəciklərdəki təzyiqin göstəricisi hansı varianrda düzgün ifadə edilmişdir?
A) asinxron yığılma zamanı – 0-a yaxın olur,izometrik yığılma zamanı –sol mədəcikdə 70-80 mm.c.st,sağ mədəcikdə 15-20mm.c.st.
B) asinxron yığılma zamanı 70-80 olur,izometrik yığılma zamanı –sol mədəcikdə 10-20 mm.c.st,sağ mədəcikdə 15-25 mm.c.st.
C) asinxron yığılma zamanı – 0-a yaxın olur,izometrik yığılma zamanı –sol mədəcikdə 10-20 mm.c.st,sağ mədəcikdə 15-20mm.c.st.
D) asinxron yığılma zamanı – 0-a yaxın olur,izometrik yığılma zamanı –sol mədəcikdə 15-20 mm.c.st,sağ mədəcikdə 70-80mm.c.st.
E) asinxron yığılma zamanı 70-80 ,izometrik yığılma zamanı –sol mədəcikdə 100-120 mm.c.st,sağ mədəcikdə 90-100 mm.c.st.
105. Mədəciklərin qanı qovma dövrü hansı fazalardan ibarətdir?
A) cəld və ləng qovma dövrləri
B) sinxron və asinxron qovma dövrləri
C) asinxron və izometrik qovulma dövrləri
D) sinxron və izometrik qovulma dövrləri
E) protodiastolik və izometrik qovuma dövrləri.
106. Mədəciklərin qanı qovma dövründə mədəciklərdəki təzyiqin göstəricisi hansı variantda düzgün ifadə edilmişdir ?
A) sol mədəcikdə 120-130 mm.c.st. ,sağ mədəcikdə 25 mm.c.st.
B) sol mədəcikdə 70-80 mm.c.st. ,sağ mədəcikdə 15-20 mm.c.st.
C) sol mədəcikdə 50-70 mm.c.st. ,sağ mədəcikdə 25 mm.c.st.
D) sol mədəcikdə 50-70 mm.c.st. ,sağ mədəcikdə 10-15 mm.c.st.
E) sol mədəcikdə 120-130 mm.c.st. ,sağ mədəcikdə 70-80 mm.c.st.
107. Protodiastolik dövrün düzgün ifadəsi və müddəti hansı variantda verilmişdir?
A) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0,04 san. davam edir
B) taylı qapaqların bağlı olduğu və mədəciklərdə qanın həcminin dəyişmədiyi bir dövrdür və 0,08 sanş avam edir
C) qulaqcıq – mədəcik qapaqlarının açıq olduğu və mədəciyin qanla dolduğu bir dövrdür və 0,25 san. davam edir
D) taylı qapaqların bağlı olduğu və mədəciklərdə qanın həcminin dəyişmədiyi bir dövrdür və 0,25 san.davam edir
E) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0,25 san. davam edir.
108. İzometrik boşalma dövrünün düzgün ifadəsi və müddəti hansı variantda verilmişdir?
A) taylı qapaqların bağlı olduğu və mədəciklərdə qanın həcminin dəyişmədiyi bir dövrdür və 0,08 san.davam edir
B) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0,04 san. davam edir
C) qulaqcıq – mədəcik qapaqlarının açıq olduğu və mədəciyin qanla dolduğu bir dövrdür və 0,25 san. davam edir
D) taylı qapaqların bağlı olduğu və mədəciklərdə qanın həcminin dəyişmədiyi bir dövrdür və 0,25 san.davam edir
E) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0,25 san. davam edir.
109. Mədəciklərin qanla dolması dövrü nə qədər müddət davam edir və hansı fazalardan ibarətdir?
A) mədəciklərin qanla dolması dövrü 0,25 san. davam edir, cəld (0,08san.) və ləng (0,17 san.) dolma fazalarından ibarətdir
B) mədəciklərin qanla dolması dövrü 0,08 san. davam edir, cəld ( 0,05 san.) və ləng ( 0,03) dolma fazalarından ibarətdir
C) mədəciklərin qanla dolması dövrü 0,25 san. davam edir, sinxron ( 0,08 san.) və asinxron (0,17 san.) dolma fazalarından ibarətdir
D) mədəciklərin qanla dolması dövrü 0,08 san. davam edir, sinxron (0,05 san.) və asinxron (0,03 san.) dolma fazalarından ibarətdir
E) mədəciklərin qanla dolması dövrü 0,25 san. davam edir, protodiastolik və presistolik dolma fazalarından ibarətdir.
110. Presistolik dövrün düzgün ifadəsi və müddəti hansı variantda verilmişdir?
A) qulaqcıqların yığılaraq mədəciklərə əlavə qan vurması ilə bağlıdır və 0,1 san. davam edir
B) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0,04 san. davam edir
C) qulaqcıq – mədəcik qapaqlarının açıq olduğu və mədəciyin qanla dolduğu bir dövrdür və 0,25 san. davam edir
D) taylı qapaqların bağlı olduğu və mədəciklərdə qanın həcminin dəyişmədiyi bir dövrdür və 0,25 san.davam edir
E) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0,25 san. davam edir.
111. İnsan sakitlik vəziyyətində olduqda qanın dəqiqəlik həcmi nə qədər olur?
A) orta hesabla 4,5-5,0 l.
B) orta hesabla 1,5-2,0 l.
C) orta hesabla 2,5-3,0 l.
D) orta hesabla 0,5-1,0 l.
E) orta hesabla 1,0-1,5 l.
112. Ürək təqəllüslərinin sayı dəqiqədə 70-75 olduqda ürəyin sistolik həcmi nə qədərdir?
A) 65-70 ml.
B) 4,5-5,0 l.
C) 75-80 ml.
D) 75-100 ml.
E) 50-60 ml.
113. Ekstrasistolanın mahiyyəti hansı variantda düzgün ifadə edilmişdir?
A) refrakter dövr bitmiş olduqda sinus-qulaqcıq düyünündə əmələ gələn növbədənkənar impulsun təsiri ilə ürəyin erkən təqəllüsü sinus ekstrasistolası, adlanır
B) mütləq refrakter dövrdə sinus-qulaqcıq düyünündə əmələ gələn növbədənkənar impulsun təsiri ilə ürəyin erkən təqəllüsü sinus ekstrasistolası, adlanır
C) nisbi refrakter dövrdə sinus-qulaqcıq düyünündə əmələ gələn növbədənkənar impulsun təsiri ilə ürəyin erkən təqəllüsü sinus ekstrasistolası, adlanır
D) kompensator pauzadan sonra ürəyin növbədənkənar təqəllüüsü sinus ekstrasistolası adlanır
E) refrakter dövr bitmiş olduqda atrioventrikulyar düyündə əmələ gələn növbədənkənar impulsun təsiri ilə ürəyin erkən təqəllüsü sinus ekstrasistolası adlanır.
114. Ürəyin fəaliyyətinin tənzimləyici mexanizmləri hansı variantda düzgün ifadə edilmişdir?
A) ürəkdaxili və ürəkxarici tənzim mexanizmləri
B) sinir və humoral tənzim mexanizmləri
C) ürəkdaxili,ürəkxarici və ekstrakardial tənzim mexanizmləri
D) ürəkdaxili,ürəkxarici və lokal tənzim mexanizmləri
E) ürəkxarici və ekstrakardial.
115. “Ürək qanununu” nəyi ifadə edir?
A) ürək miokardının yığılma qüvvəsi diastola zamanı onun qanla dolma səviyyəsi ilə,yəni gərilmə səviyyəsi ilə mütənasibdir
B) ürək miokardının yığılma qüvvəsi diastola zamanı onun qanla dolma səviyyəsi ilə,yəni gərilmə səviyyəsi ilə tərs mütənasibdir
C) ürək miokardının yığılma qüvvəsi əzələ liflərinin uzunluğu ilə tərs mütənasbdir
D) ürək miokardının yığılma qüvvəsi aktin və miozin telləeinin uzunluğu ilə tərs mütənasibdir
E) ürək miokardının yığılma qüvvəsi sintez olunan təqəllüs zülallarının miqdarı ilə mütənasibdir
116. Hansı sinirin qıcıqlanması ürəyin işini tormozlayır və gücləndirir?
A) azan sinir tormozlayır,simpatik sinir gücləndirir
B) aparıcı sinir tormozlayır,simpatik sinir gücləndirir
C) üçlü sinir tormozlayır,simpatik sinir gücləndirir
D) simpatik sinir tormozlayır,azan sinir gücləndirir
E) simpatik sinir tormozlayır,üçlü sinir gücləndirir.
117. Ürəyin tənzimində mənfi xronotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
B) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını kiçildir
C) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək əzələsinin oyanıqlığını azaldır
D) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsinin ləngidir
E) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır.
118. Ürəyin tənzimində mənfi inotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını kiçildir
B) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
C) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək əzələsinin oyanıqlığını azaldır
D) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsinin ləngidir
E) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır.
119. Ürəyin tənzimində mənfi inotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını kiçildir
B) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
C) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək əzələsinin oyanıqlığını azaldır
D) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsinin ləngidir
E) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır.
120. Ürəyin tənzimində mənfi batmotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək əzələsinin oyanıqlığını azaldır
B) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını kiçildir
C) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
D) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsinin ləngidir
E) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır.
121. Ürəyin tənzimində mənfi dromotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsinin ləngidir
B) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək əzələsinin oyanıqlığını azaldır
C) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını kiçildir
D) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
E) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır.
122. Ürəyin tənzimində müsbət xronotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) ürəyin simpatik sinirinin qıcıqlanması ürək fəaliyyətini tezləşdirir
B) ürəyin simpatik sinirinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsini yaxşılaşdırır
C) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını artırır
D) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır
E) azan sinirin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır.
123. Ürəyin tənzimində müsbət dromotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) ürəyin simpatik sinirinin qıcıqlanması ürəkdə oyanmanın ötürülməsini yaxşılaşdırır
B) ürəyin simpatik sinirinin qıcıqlanması ürək fəaliyyətini tezləşdirir
C) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını artırır
D) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır
E) ürəyin simpatik sinirinin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır.
124. Ürəyin tənzimində müsbət batmotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) ürəyin simpatik sinirinin qıcıqlanması ürəyin oyanıqlığını artırır
B) ürəyin simpatik sinirinin qıcıqlanması ürək fəaliyyətini tezləşdirir
C) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını artırır
D) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır
E) ürəyin simpatik sinirinin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
125. Ürəyin tənzimində müsbət inotrop effektin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüslərini gücləndirir
B) ürəyin simpatik sinirinin qıcıqlanması ürək fəaliyyətini tezləşdirir
C) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüsünün amplitudasını artırır
D) ürəyin simpatik sinirinin qıcıqlanması ürək təqəllüslərinin sayını artırır
E) ürəyin simpatik sinirinin periferik kəsiyinin qıcıqlanması ürək təqəllüslərinin sayını azaldır
126. Azan sinirin və simpatik sinirin qıcıqlanması zamanı hansı mediatorlar ifraz olunur?
A) azan sinirin qıcıqlanmsı zamanı-asetilxolin, simpatik sinirin qıcıqlanması zamanı-noradrenalin
B) azan sinirin qıcıqlanmsı zamanı-noradrenalin, simpatik sinirin qıcıqlanması zamanı-asetilxolin
C) azan sinirin qıcıqlanmsı zamanı-serotonin , simpatik sinirin qıcıqlanması zamanı-asetilxolin
D) azan sinirin qıcıqlanmsı zamanı-asetilxolin , simpatik sinirin qıcıqlanması zamanı-serotonin
E) azan sinirin qıcıqlanmsı zamanı-noradrenalin, simpatik sinirin qıcıqlanması zamanı-serotonin.
127. Ürək-damar sisteminin funksiyalarının tənzimində sinir sisteminin hansı ali strukturları iştirak edir?
A) beyin qabığı, limbik sistem,hipotalamus
B) beyin qabığı, limbik sistem, aralıq beyin
C) beyin qabığı, hipotalamus, aralıq büyin
D) limbik sistem, hipotalamus, orta beyin
E) limbik sistem, talamus, orta beyin.
128. Ürək fəaliyyətinin tənzimində hansı humoral faktorlar iştirak edir ?
A) katexolaminlər ürək təqəllüslərinin gücünü artırır və ritmini tezləşdirir, qlükoqon müsbət inotrop effektə səbəb olur, anqiotenzin və serotonin ürək təqəllüslərinin gücünü artırır,tiroksin ürək ritmini tezləşdirir.
B) katexolaminlər ürək təqəllüslərinin gücünü artırır və ritmini tezləşdirir, qlükoqon mənfi inotrop effektə səbəb olur, anqiotenzin və serotonin ürək təqəllüslərinin gücünü artırır,tiroksin ürək ritmini tezləşdirir.
C) katexolaminlər ürək təqəllüslərinin gücünü artırır və ritmini tezləşdirir, qlükoqon mənfi inotrop effektə səbəb olur, anqiotenzin və serotonin ürək təqəllüslərinin gücünü azaldır, tiroksin ürək ritmini tezləşdirir
D) katexolaminlər ürək təqəllüslərinin gücünü artırır və ritmini tezləşdirir, qlükoqon mənfi inotrop effektə səbəb olur, anqiotenzin və serotonin ürək təqəllüslərinin gücünü azaldır, tiroksin ürək ritmini tezləşdirir
E) katexolaminlər ürək təqəllüslərinin gücünü və ritmini azaldır, qükoqon mənfi inotrop effektə səbəb olur, anqiotenzin və serotonin ürək təqəllüslərinin gücünü azaldır, tiroksin ürək ritmini tezləşdirir.
129. Miositlərin ifraz etdikləri hormon necə adlanır və təsiri hansı variantda düzgün ifadə edilmişdir?
A) natriumuretik hormon adlanır, böyrəklərin Na+ və Cl- ionlarını ekskresiyasını artırır,yumaqcıq filtrasiyasını artırır,xırda damarların saya əzələlərini boşaldaraq,arterial təzyiqi salır
B) anqiotenzin adlanır, böyrəklərin Na+ və Cl- ionlarını ekskresiyasını artırır,yumaqcıq filtrasiyasını artırır,xırda damarların saya əzələlərini boşaldaraq,arterial təzyiqi salır
C) natriumuretik hormon, böyrəklərin Na+ və Cl- ionlarını ekskresiyasını azaldır,suyun reobsorbsiyasını artırır,xırda damarların saya əzələlərini boşaldaraq,arterial təzyiqi salır
D) anqiotenzin adlanır, böyrəklərin Na+ və Cl- ionlarını ekskresiyasını azaldır,suyun reobsorbsiyasını artırır,xırda damarların saya əzələlərini boşaldaraq,arterial təzyiqi salır
E) aldosteron adlanır, böyrəklərin Na+ və Cl- ionlarını ekskresiyasını artırır,yumaqcıq filtrasiyasını artırır,xırda damarların saya əzələlərini boşaldaraq,arterial təzyiqi salır
130. “ Ürək-damar mərkəzi” haqda aşağıdakı varianlardan hansında düzgün məlumat verilmişdir?
A) beyin kötüyünün retikulyar formasiyasında yerləşir,stimullaşması zamanı ürək təqəllüslərini reflektor olaraq tezləşdirir
B) orta beyində yerləşir,stimullaşması zamanı ürək təqəllüslərini reflektor olaraq tezləşdirir
C) beyin kötüyünün retikulyar formasiyasında yerləşir,stimullaşması zamanı ürək təqəllüslərini reflektor olaraq azaldır
D) orta beyində yerləşir,stimullaşması zamanı ürək təqəllüslərini reflektor olaraq azaldır
E) aralıq beyindəyerləşir, stimullaşması zamanı ürək təqəllüslərini reflektor olaraq tezləşdirir
131. Hols təcrübəsi hansı variantda düzgün ifadə olunmuşdur?
A) qurbqğanın mədə və bağırsağına yüngülcə vurduqda ürək təqəllüsləri ləngiyir və hətta dayanır
B) insanda göz almalarına basdıqda ürək döyüntülərinin sayı 10-20 dəqiqə müddətinə azalır
C) qurbağada ağrı hissiyyatı zamanı ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
D) insanda emosional vəziyyətdə ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
E) insanda qarın divarına zərbə ilə vurduqda ürək dayanır
132. Aşner refleksi hansı variantda düzgün ifadə olunmuşdur?
A) insanda göz almalarına basdıqda ürək döyüntülərinin sayı 10-20 dəqiqə müddətinə azalır
B) qurbqğanın mədə və bağırsağına yüngülcə vurduqda ürək təqəllüsləri ləngiyir və hətta dayanır
C) qurbağada ağrı hissiyyatı zamanı ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
D) insanda emosional vəziyyətdə ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
E) insanda qarın divarına zərbə ilə vurduqda ürək dayanır
133. Aşağıdakılardan hansı ürəyin şərtireflektor tənziminə aiddir?
A) insanda emosional vəziyyətdə ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
B) insanda göz almalarına basdıqda ürək döyüntülərinin sayı 10-20 dəqiqə müddətinə azalır
C) insanda ağrı hissiyyatı zamanı ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
D) insanda əzələ işi zamznı ürək fəaliyyətinin güclənməsi və tezləşməsi müşahidə edilir
E) insanda qarın divarına zərbə ilə vurduqda ürək dayanır.
134. Rezistiv və ya müqavimət damarları hansılardır?
A) diametri 15-70 mkm. olan arteriollardır
B) diametri 5-7 mkm.olan kapilyarlardır
C) diametri 1 mkm. olan kapilyarlardır
D) diametri 5-7 mkm.olan venalardır
E) diametri 15-70 mkm.olan venalardır.
135. Mübadilə damarları hanslardır?
A) kapilyarlardır
B) venalardır
C) aorta və iri arteriyalardır
D) arteriovenoz anastomozlardır
E) arteriollardır.
136. Tutumlu damarlar hansılardır və nə qədər qan tutur?
A) venalardır və qanın 75-80% onlarda olur
B) aorta və iri arteriyalardır və qanın 75-80% onlada olur
C) venalardır və qanın 50% onlarda olur
D) arteriollardır və qanın 50% onlarda olur
E) kapilyarlardır və qanın 75-80 % onlarda olur.
137. Sistem və reqionar hemodinamika haqda düzgün məlumat hansı variantda verilmişdir?
A) reqionar hemodinamika qanın aorta və boş venalara paralel olan və orqahları qanla təchiz edən damarlarda hərəkətini təmin edir
B) sistem hemodinamikası qanın aorta və boş venalara paralel olan və orqahları qanla təchiz edən damarlarda hərəkətini təmin edir
C) reqionar hemodinamika ardıcıl birləşmiş damarlarda qanın hərəkətini təmin edir
D) sistem hemodinamikası qanın ürək-damar sistemi ilə hərəkətini təmin edir
E) reqionar hemodinamika qanın ürək-damar sistemi ilə hərəkətini təmin edir.
138. Kapilyarlar haqda hansı variantda düzgün məlulat verilmişdir?
A) diametri 5-7 mkm, uzunluğu 0,5-1,1 mm. , insan bədənindəki bütün kapilyarların uzunluğu
100 000 km. , qanın hərəkət sürəti-0,5-1 mm/san-dir
B) diametri 5-7 mkm, uzunluğu ,5-10 mm. , insan bədənindəki bütün kapilyarların uzunluğu
1 000 km. , qanın hərəkət sürəti-0,5-1 mm/san-dir
C) diametri 70-80 mkm., uzunluğu 0,5-1,1 mm. , insan bədənindəki bütün kapilyarların uzunluğu
100 000 km. , qanın hərəkət sürəti-0,5-1 mm/san-dir
D) diametri 5-7 mkm, uzunluğu 0,5-1,1 mm. , insan bədənindəki bütün kapilyarların uzunluğu
100 000 km. , qanın hərəkət sürəti-5-10 mm/san-dir
E) diametri 70-80 mkm, uzunluğu 0,5-1 mm. , insan bədənindəki bütün kapilyarların uzunluğu
100 000 km. , qanın hərəkət sürəti-5-10 mm/san-dir.
139. Kapilyarlarda ən yüksək və ən aşağı təzyiq hansı nahiyələrdə olur?
A) ən yüksək təzyiq-böyrək yumaqcıqlarında ,ən aşağı təzyiq-ağ ciyər kapilyarlarında olur
B) ən yüksək təzyiq-kapilyarın arterial ucunda, ən aşağı təzyiq-ağ ciyər kapilyarlarında olur
C) ən yüksək təzyiq-böyrək yumaqcıqlarında ,ən aşağı təzyiq – kapilyarların venoz uclarında olur
D) ən yüksək təzyiq-kapilyarın arterial ucunda, ən aşağı təzyiq-kapilyarların venoz uclarında olur
E) ən yüksək təzyiq-ağciyər kapilyarlarında ,ən aşağı təzyiq- kapilyarların venoz uclarında olur.
140. 1 sutka ərzində damar sistemindən nə qədər qan keçir və kapilyarların divarından nə qədər qan filtasiya və reobsorbsiya edir?
A) damar sistemindən 8000-9000 l. qan keçir, kapilyarların divarından 20 l. qan filtrasiya olur və 18 litr geriyə reobsorbsiya edir
B) damar sistemindən 1000-2000 l. qan keçir, kapilyarların divarından 20 l. qan filtrasiya olur və 18 litr geriyə reobsorbsiya edir
C) damar sistemindən 800-900 l. qan keçir, kapilyarların divarından 2 l. qan filtrasiya olur və 1,8 litr geriyə reobsorbsiya edir
D) damar sistemindən 3000-5000 l. qan keçir, kapilyarların divarından 20 l. qan filtrasiya olur və 18 litr geriyə reobsorbsiya edir
E) damar sistemindən 3000-5000 l. qan keçir, kapilyarların divarından 8 l. qan filtrasiya olur və 6 litr geriyə reobsorbsiya edir.
141. Qanın maye hissəsinin kapilyarlardan toxumalara keçməsini təmin edən qüvvə hansıdır?
A) qanın hidrostatik qüvvəsi
B) kapilyardakı qanın plazmasının onkotik təzyiqi
C) toxuma mayesinin hidrostatik təzyiqi
D) toxuma mayesinin onkotik təzyiqi
E) toxuma mayesinin osmotik təzyiqi
142. Qanın venalarda axma sürəti haqda aşağıdakı varianlardan hansında düzgün məlumat verilmişdir?
A) periferik venalarda 6-14 sm/san, boş venalarda 20 sm/san
B) periferik venalarda 20 sm/san, boş venalarda 6-14 sm/san
C) periferik venalarda 0,5-1 sm/san, boş venalarda 20 sm/san
D) periferik venalarda)0,5-1 mm/san, boş venalarda 20 mm/san
E) periferik venalarda 6-14 mm/san, boş venalarda 20 mm/san
143. Qanın venalarda hərəkətini təmin edən faktorlar hansılardır?
A) xırda və iri venalar arasındakı təzyiq qradiyenti, əzələ nasosu,döş qəfəsinin sorucu qüvvəsi
B) xırda və iri venalar arasındakı təzyiq qradiyenti, əzələ nasosu,arteriya və venalar arasındakı sürət qradienti
C) skelet əzələlərinin yığılmsı, venalarda klapanların olması, əzələ nasosu,döş qəfəsinin sorucu qüvvəsi
D) xırda və iri venalar arasındakı təzyiq qradiyenti,venalarda klapanların olması, əzələ nasosu,
E) xırda və iri venalar arasındakı təzyiq qradiyenti, ,döş qəfəsinin sorucu qüvvəsi,venalarda klapanların olması
144. Damardaraldıcı və damargenişləndirici maddələr hansı variantda düzgün ifadə edilmişdir?
A) damardaraldıcı-adrenalin,noradrenalin,vazopressin,renin; damargenəldici-prostoqlandinlər, modulin,bradikinin, asetilxolin,histamin
B) damardaraldıcı-adrenalin,noradrenalin, asetilxolin; damargenəldici- prostoqlandinlər, modulin,,histamin
C) damardaraldıcı-asetilxolin,bradikinin,vazopressin,renin;damargenəldici-adrenalin, noradrenalin prostoqlandinlər, modulin,histamin
D) damardaraldıcı- adrenalin ,noradrenalin, histamin; damargenəldici- modulin, asetilxolin prostoqlandinlər,bradikinin
E) damardaraldıcı-adrenalin,noradrenalin prostoqlandinlər,; damargenəldici-, modulin,bradikinin, asetilxolin, vazopressin,renin.
145. Qan depoları hansı varianrda düzgün ifadə edilmişdir
A) qaraciyər,dalaq,dərialtı qan kələfi, ağciyərlər
B) qaraciyər,dalaq, sümük iliyi, ağciyərlər
C) qaraciyər,dalaq,dərialtı qan kələfi, ağciyərlər,sümük iliyi
D) qaraciyər, dalaq, dərialtı qan kələfi, sümük iliyi
E) dalaq,dərialtı qan kələfi, ağciyərlər,sümük iliyi
146. Sakitlik vəziyyətində insanda qanın nə qədəri qan depolaında, depoda olan qanın nə qədəri dalaqda yerləşir?
A) qanın bütün həcminin 45-50% depolarda yerləşir; dalaqda 500 ml. qan yerləşir
B) qanın bütün həcminin 15-20% depolarda yerləşir; dalaqda 500 ml. qan yerləşir
C) qanın bütün həcminin 45-50% depolarda yerləşir; dalaqda 1000 ml. qan yerləşir
D) qanın bütün həcminin 20-25% depolarda yerləşir; dalaqda 500 ml. qan yerləşir
E) qanın bütün həcminin 20-25% depolarda yerləşir; dalaqda 100 ml. qan yerləşir.
147. Xarici tənəffüs harada gedir?
A) Ağciyər alveolları ilə xarici mühit arasında
B) Ağciyər alveolları ilə qan kapillyarları arasında
C) Qan kapillyarları ilə xarici mühit arasında
D) Ağciyər alveolları ilə toxumalar arasında
E) Ağciyər alveolları ilə hüjeyrələr arasında.
148. Tənəffüsün hansı tipləri ayırd edilir?
A) Qarın və döş tipləri
B) Döş və qarışıq tiplər
C) Qarın, döş və qarışıq tiplər
D) Qarın, döş və diafraqma tipləri
E) Qarın, diafraqma və qarışıq tiplər.
149. Ağjiyərlərin elastik müqavimətinin yaranmasını təmin edən liflər:
A) Elastik və kollagen liflər
B) Elastik və vətər lifləri
C) Əzələ və kollagen liflər
D) Elastik və sərt liflər
E) Elastik və saya əzələ lifləri.
150. Kişi və qadınlarda ağciyərlərin həyat tutumu neçə ml olur?
A) Kişilərdə: 4000-5500, qadınlarda: 3000-4500
B) Kişilərdə: 5000-5500, qadınlarda: 4000-4500
C) Kişilərdə: 4500-6500, qadınlarda: 3500-5500
D) Kişilərdə: 5000-6000, qadınlarda: 3000-4500
E) Kişilərdə: 4000-5500, qadınlarda: 4000-5000.
151. Alveollarda oksigenin və karbon qazının parsial təzyiqi neçə mm cs-nu olur?
A) O2- 102 mm cs, JO2-40 mm cs
B) O2- 100 mm cs, JO2-45 mm cs
C) O2- 105 mm cs, JO2-46 mm cs
D) O2- 106 mm cs, JO2-47 mm cs
E) O2- 107 mm cs, JO2-48 mm cs.
152. Oksidləşmə hüceyrənin hansı orqonoidində gedir?
A) Mitoxondrilərdə
B) Ribosomlarda
C) Holçi kompleksində
D) Lizosomlarda
E) Sentrosomlarda.
153. Xarici tənəffüs hansı orqanların səviyyəsində gedir?
1- ağciyərlərin kapilyarları
2- alveolların
3- qırtlağın
4- traxeyanın
5- burun- udlağın
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 3,5
154. Daxili tənəffüs hansı orqanların səviyyəsində gedir?
1- ağciyərlərdə
2- bronxlarda
3- toxumada
4- qan kapilyarlarında
5- vena kapilyarlarında
A) 3, 4
B) 2, 3
C) 1, 2
D) 4, 5
E) 1, 4
155. Hüceyrə tənəffüsünü necə səciyyələndirmək olar?
1- hüceyrə orqanoidlərində gedən metabolizm proseslərinə görə
2- üzvi maddələrin oksidləşmə - reduksiya reaksiyalarına görə
3- Oksigenə olan tələbatın ödənilməsinə görə
4- Karbon qazının xaric olmasına görə
5- Plastik mübadiləyə görə
A) 3, 4
B) 1, 2
C) 2, 3
D) 4, 5
E) 1, 5
156. Tənəffüs hərəkətlərində iştrak etmir:
1- qabırğaarası əzələlər
2- qarın əzələləri
3- plevra vərəqələri
4- traxeya
5- qırtlaq
A) 4,5
B) 2,3
C) 3,4
D) 1,2
E) 2,3
157. Qazların daşınmasında hansı maddə iştrak edir?
A) Hemoqlobin
B) Albumin
C) Qlobulin
D) Qlikogen
E) Qlikoza
158. Orqanizmə qəbul edilən atmosfer havasının tərkibində olan oksigenin faizi bərabərdir?
A) 21%-ə
B) 16,3%-ə
C) 24%-ə
D) 19%-ə
E) 20%-ə
159. Ağciyərlərdən xaric edilən havanın tərkibinin neçə faizi oksigenin payına düşür:
A) 16,3%
B) 18,3%
C) 22%
D) 15%
E) 17,5%
160. Ağciyərlərdən xaric edilən havanın tərkibində karbon qazının həcmi neçə faizə çatır?
A) 4%
B) 17,5%
C) 21%
D) 20%
E) 24,5%
161. Ağciyərlərin tutumunu ölçmək olar:
A) Spirometrlə
B) Respiratorla
C) Flyuoroqrafiya ilə
D) Rentgenlə
E) Silindrlə
162. Burunun selikli təbəqəsinin irritant reseptorları qıcıqlandıqda bronxların, səs yarığının, dəri və əzələ damar-larında hansı dəyişiklik baş verir?
A) Damarlar daralır
B) Damarlar genəlir
C) Damarlar dəyişilmir
D) Damarlar tutulur
E) Damarlar zədələnir.
163. Mərkəzi xemoreseptorlar harada yerləşir ?
A) Uzunsov beyində
B) Orta beyində
C) Beyin körpüsündə
D) Ara beyində
E) Beyincikdə
164. Tənəffüsün hansı müdafiə refleksləri vardır?
A) Öskürmə, asqırma və hıçqırma
B) Öskürmə, asqırma və gözqırpma
C) Öskürmə, qusma və hıçqırma
D) Dərin nəfəs alma, asqırma və hıçqırma
E) Öskürmə, dərin nəfəsvermə və hıçqırma.
165. Hidrolitik fermentlərin mənşəyindən asılı olaraq həzmin hansı tipləri ayırd edilir ?
A) əsl,simbiotik və autolitik
B) hüceyrə daxili və hüceyrə xarici
C) əsl, kontakt və divarönü
D) əsl,simbiotik və membran
E) əsl,simbiotik və divarönü.
166. Əsl həzmin mahiyyəti aşağıdakı variantlardan hanslnda düzgün ifadə edilmişdir?
A) Əsl həzm həmin makroorqanizmin ,onun vəzlərinin, epiteli hüceyrələrinin sintez etdikləri ifraz etdikləri fermentlərin iştirakı ilə həyata keçir.
B) Əsl həzmdə qida maddələrinin hidolizi həzm traktındakı bakteriyalar və ibtidailərin sintez etdikləri fermentlərin iştirakı ilə həyata keçir.
C) Əsl həzm ekzogen hidrolazaların iştirakı ilə gedir,bunlar orqanizmə qəbul edilən qidanın tərkibində daxil olur.
D) Əsl həzm vəzlərin ifraz etdikləri fermentlərin və həzm traktındakı bakteriyalar və ibtidailərin sintez etdikləri fermentlərin iştirakı ilə həyata keçir.
E) Əsl həzm orqanizmdə ifraz olunan fermentlərin,həzm taktındakı bakteriya və ibtidailərin ifraz etdikləri fermentlərin və ekzogen hidrolazaların iştirakı ilə həyata keçir.
167. Yenidoğulmuşlarda həzm həzmin hansı tipi üzrə həyata keçir?
A) autolitik həzm
B) əsl həzm
C) əsl və autolitik həzm
D) əsl və simbiotik
E) əsl, simbiotik və autolitik.
168. Hidroliz prosesinin lokallaşmasından asılı olaraq həzmin hansı tipləri ayıırd edilir?
A) hüceyrədaxili və hüceyrəxarici
B) hüceyrədaxili,hüceyrəxarici və membran
C) hüceyrədaxili və membran
D) hüceyrədaxili,hüceyrəxarici və divarönü
E) distant və kontakt
169. Hüceyrəxarici həzmin hansı tipləri ayıırd edilir?
A) distant və kontakt
B) divarönü və ya membran
C) kontakt və divarönü
D) kontakt və membran
E) divarönü,membran və autolitik.
170. Pinositoz və faqasitoz yolu ilə hüceyrələrə daşınmış maddələrin sitozolda və ya qida vakuollarında hüceyrə fermentləri tərəfindən hidroliz olunması həzmin hansı tipinə xasdır ?
A) hüceyrədaxili
B) kontakt
C) membran
D) divarönü
E) hüceyrəxarici
171. Hazırda həzm prosesinin hansı mərhələlər üzrə getdiyi qəbul edilir?
A) boşluq həzmi-divarönü həzm –sorulma
B) boşluq həzmi- divarönü həzm – hüceyrədaxili həzm
C) boşluq həzmi-divarönü həzm- simbiotik həzm
D) boşluq həzmi-membran həzmi - simbiotik həzm
E) boşlüq həzmi –sorulma – simbiotik həzm
172. Həzm traktının motorikasının tənzimlənməsi haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) Parasimpatik təsirlər həzm traktının motorikasını gücləndirir,azan sinirin tərkibindəki liflər motorikaya həm oyadıcı , həm də tormozlayıcı təsir göstərir,simpatik təsirlər isə motor aktivliyini azaldır.
B) Parasimpatik təsirlər həzm traktının motorikasını gücləndirir,azan sinirinin lifləri və simpatik liflər isə motor aktivliyini azaldır.
C) Parasimpatik təsirlər və azan sinirin lifləri həzm traktının motorikasını gücləndirir, ,simpatik təsirlər isə motor aktivliyini azaldır.
D) Parasimpatik təsirlər həzm traktının motorikasını tormozlayır,azan sinirin tərkibindəki liflər motorikaya həm oyadıcı , həm də tormozlayıcı təsir göstərir,simpatik təsirlər isə motor aktivliyini gücləndirir.
E) Parasimpatik təsirlər həzm traktının motorikasını tormozlayır,simpatik təsirlər isə motor aktivliyini gücləndirir.
173. İnsanda nazik bağırsağın selikli qişasının səthi büküşlərin,xov və mikroxovların hesabına neçə dəfə artır və bağırsağ epitelisinin 1mm2 –da nə qədər xov olur?
A) İnsanda nazik bağırsağın selikli qişasının səthi büküşlərin,xov və mikroxovların hesabına 300-500 dəfə artır və bağırsağ epitelisinin 1mm2 –da 30-40 xov olur
B) İnsanda nazik bağırsağın selikli qişasının səthi büküşlərin,xov və mikroxovların hesabına30-50 dəfə artır və bağırsağ epitelisinin 1mm2 –da 3-4 xov olur
C) İnsanda nazik bağırsağın selikli qişasının səthi büküşlərin,xov və mikroxovların hesabına 100 dəfə artır və bağırsağ epitelisinin 1mm2 –da 30-40 xov olur
D) İnsanda nazik bağırsağın selikli qişasının səthi büküşlərin,xov və mikroxovların hesabına 100 dəfə artır və bağırsağ epitelisinin 1mm2 –da 100 xov olur
E) İnsanda nazik bağırsağın selikli qişasının səthi büküşlərin,xov və mikroxovların hesabına 300-500 dəfə artır və bağırsağ epitelisinin 1mm2 –da 100-200 xov olur?
174. 1mm2 bağ.epitelisi səthində və hər enterositdə neçə mikroxovcuq vardır?
A) 1mm2 bağ.epitelisi səthində 50-100 mln. və hər enterositdə 1700-4000 mikroxovcuq vardır.
B) 1mm2 bağ.epitelisi səthində 1000-5000 və hər enterositdə 170-400 mikroxovcuq vardır.
C) 1mm2 bağ.epitelisi səthində 10000 və hər enterositdə 1700-4000 mikroxovcuq vardır.
D) 1mm2 bağ.epitelisi səthində 5000-10000 min və hər enterositdə 170-400 mikroxovcuq vardır.
E) 1mm2 bağ.epitelisi səthində 50000-100000 və hər enterositdə 100-400 mikroxovcuq vardır.
175. Membran həzmi haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) mikroxovcuqların apikal səthini örtən və mukopolisaxarid tellərdən ibarət olan qlikokaliksin üzəri bağırsaq seliyi ilə örtülür və bağırsaq boşlğundakı hidrolitik fermentləri adsorbsiya edərək ,qida maddələrinin monomerlərə qədər parçalnması və sorulmasını təmin edir.
B) mikroxovcuqlarin üzərini örtən mukopolisaxarid tellərin və kalsium körpücklərinin əmələ gətidiyi molekulyar ələk molekulları ölçüsünə və yükünə görə ayıraraq onların membrandan nəqlini təmin edir
C) mikroxovcuqların apikal səthini örtən və mukopolisaxarid tellərdən ibarət olan qlikokaliksin bağırsaq seliyini adsorbsiya edərək bağırsaq boşlğunda monomerlərə qədər parçalnmış qida maddələrinin sorulmasını təmin edir.
D) mikroxovcuqlarin üzərini örtən mukopolisaxarid tellərin və kalsium körpücklərinin əmələ gətidiyi molekulyar ələk molekulların transsitoz yolu ilə membrandan nəqlini təmin edir.
E) mikroxovcuqlarin üzərini örtən mukopolisaxarid tellərin və kalsium körpücklərinin əmələ gətidiyi molekulyar ələk molekulların ekzo- və endositoz yolu ilə membrandan nəqlini təmin edir.
176. Makromoleklların sorulması bağırsağın hansı şöbəsində və hansı mexanizmlər üzrə gedir?
A) makromoleklların sorulması nazik bağırsaqda , endositoz və transsitoz mexanizmləri üzrə baş verir.
B) makromoleklların sorulması nazik bağırsaqda , ekzositoz və transsitoz mexanizmləri üzrə baş verir.
C) makromoleklların sorulması nazik bağırsaqda , aktiv və passiv nəqliyyat mexanizmləri üzrə baş verir
D) makromoleklların sorulması yoğun bağırsaqda , ekzositoz və transsitoz mexanizmləri üzrə baş verir
E) makromoleklların sorulması yoğun bağırsaqda , endositoz və transsitoz mexanizmləri üzrə baş verir.
177. Nazik bağırsaqda mikromolekulların - qida maddələrinin hidrolizinin əsas məhsullarının, eləcə də elektrolitlərin sorulması hansı mexanizmlər üzrə gedir?
A) passiv nəqliyyat , yüngülləşmiş diffuziya ,aktiv nəqliyyat.
B) passiv nəqliyyat, aktiv nəqliyyat ,persobsiya
C) passiv nəqliyyat, aktiv nəqliyyat ,transsitoz
D) passiv nəqliyyat ,transsitoz, persobsiya
E) aktiv nəqliyyat ,transsitoz , persobsiya.
178. Ağız boşluğuna daxil olan qida ağız boşluğunun reseptorlarını qıcıqlayır.Dad reseptorlarından impulslar hansı sinirlərin afferent liflərilə MSS-nə daxil olur?
A) üçlü , üz,azan və diludlaq
B) üçlü, üz və azan sinir
C) üçlü , diludlaq və azan sinir
D) üz, diludlaq və azan sinir
E) üz ,uzaqlaşdırıcı və diludlaq .
179. Çeynəmə mərkəzinə beynin hansı şöbələrinin neyonları aiddir və buradan impulslar hansı sinirin hərəki lifləri ilə çeynəmə əzələlərinə daxil olur?
A) uzunsov beynin hərəki nüvələri, qırmızı nüvə, qara maddə , qabıqaltı nüvələr və böyük yarımkürələrin qabığının neyronları daxildir, impulslar üçlü sinirin hərəki lifləri ilə çeynəmə əzələlərinə daxil olur.
B) uzunsov beynin hərəki nüvələri, qabıqaltı nüvələr və böyük yarımkürələrin qabığının neyronları daxildir, impulslar blok sinirin hərəki lifləri ilə çeynəmə əzələlərinə daxil olur
C) qırmızı nüvə, qara maddə , böyük yarımkürələrin qabığının neyronları daxildir, impulslar uzaqlaşdırıcı sinirin hərəki lifləri ilə çeynəmə əzələlərinə daxil olur.
D) uzunsov beynin hərəki nüvələri, orta beynin hərəki nüvələri , qabıqaltı nüvələrin neyronları daxildir, impulslar diludlaq sinirinin hərəki lifləri ilə çeynəmə əzələlərinə daxil olur.
E) uzunsov beynin hərəki nüvələri, qırmızı nüvə, qara maddə , qabıqaltı nüvələr və böyük yarımkürələrin qabığının neyronları daxildir, impulslar diludlaq sinirinin hərəki lifləri ilə çeynəmə əzələlərinə daxil olur.
180. 1 sutka ərzində nə qədər ağız suyu ifraz olunur və qarışıq ağız suyunun raksiyası neçədir?
A) 1 sutka ərzində 0,5-2 l ağız suyu ifraz olunur və qarışıq ağız suyunun n raksiyası 5,8-7,4 –dir.
B) 1 sutka ərzində 0,5-1 l ağız suyu ifraz olunur və qarışıq ağız suyunun raksiyası 7,4 – 8,0 -dir.
C) 1 sutka ərzində 2,5-3 l ağız suyu ifraz olunur və qarışıq ağız suyunun raksiyası 7,0 –7,5- dir.
D) 1 sutka ərzində 0,5-2 l ağız suyu ifraz olunur və qarışıq ağız suyunun raksiyası 7,0-7,5 –dir.
E) 1 sutka ərzində 0,5-1 l ağız suyu ifraz olunur və qarışıq ağız suyunun n raksiyası 5,8-6,4 –dir.
181. Mədə vəzlərinin hansı növləri ayırd edlir?
A) əsl vəzlər, kardial və pilorik vəzlər
B) əsl vəzlər, kardial, pilorik və fundal vəzlər
C) əsl vəzlər, fundal və pilorik vəzlər
D) əsl vəzlər,fundal və kardial vəzlər
E) parietal vəzlər,fundal və kardial vəzlər.
182. Aşağıda deyilənlərdən hansı doğrudur?
A) əsas hüceyrələr-pepsinogen ifraz edirlər, parietal hüceyələr - duz tyrşusu , əlavə hüceyrələr-selik ifraz edirlər.
B) fundal hüceyrələr-pepsinogen ifraz edirlər, parietal hüceyələr - duz tyrşusu , pilorik hüceyrələr-selik ifraz edirlər
C) pilorik hüceyrələr-pepsinogen ifraz edirlər, fundal hüceyələr - duz tyrşusu , parietal hüceyrələr-selik ifraz edirlər.
D) əsas hüceyrələr-pepsinogen ifraz edirlər, əlavə hüceyələr - duz tyrşusu , qlandulosit hüceyrələr-selik ifraz edirlər.
E) əsas hüceyrələr-selik ifraz edirlər, parietal hüceyələr - duz tyrşusu , əlavə hüceyrələr- pepsinogen x ifraz edirlər.
183. 1 sutka ərzində insan mədəsində nə qədər şirə ifraz olunur və ph neçədir?
A) 2-2,5 l ; PH=1,5-1,8
B) 1-1,5 l ; PH=1,5-1,8
C) 0,5-1l ; PH=1-1,2
D) 2-2,5 l ; PH=1-1,2
E) 1-1,5 l ; PH=1-1,2
184. Mədə şirəsinin tərkibindəki duz tuşusu hansı funksiyaları yerinə yetirir?
1-zülalların boşalıb şişməsi və denaturasiyası
2-pepsinogeni aktivləşdirir
3-mədə şirəsinin antibakterial təsirini təmin edir
4-həzm traktının fəaliyyətinin tənzimində iştirak edir
5- mədə şirəsindəki amilazanın aktivləşməsini təmin edir
6- selik ifrazını tormozlayır
A) 1,2,3,4,
B) 1.2.5,6
C) 1,3,4,6
D) 2,4,5,6
E) 1,3,4,5.
185. Mədə vəzlərinin əsas hüceyrələrinin ifraz etdiyi pepsinogen aktivləşdikdə hansı fermentlər əmələ gəlir və onların optimal PH –ı neçədir?
A) pepsin pH=1,5-2,0 ; qastriksin PH=3,2-3,5
B) pepsin pH=3,2-3,5 ; qastriksin PH=1.5-2,0
C) pepsin pH=3,2-3,5 ; tripsin PH=1.5-2,0
D) pepsin pH=1,5-2,0 ; tripsin PH=3,2-3,5
E) tripsin PH-1,5-2,0 ; qastriksin PH=3,2-3,5
186. Selik ifraz edən mukositlər mədənin hansı hissəsində lokallaşmışlar və mədənin selikli müdafiə baryerinin qalınığı nə qədərdir?
A) mədənin epiteli örtüyündə,fundal və pilorik vəzlərin boyuncuğunda lokallaşmışlar və mədənin selikli qişası üzərində 1-1,5 mm. qalınlığında selik baryer əmələ gətirirlər.
B) yalnız mədənin epiteli örtüyündə lokallaşmışlar və mədənin selikli qişası üzərində 1-1,5 mm. qalınlığında selik baryer əmələ gətirirlər.
C) mədənin epiteli örtüyündə kardial vəzlərin boyuncuğunda lokallaşmışlar və mədənin selikli qişası üzərində 1-1,5 sm. qalınlığında selik baryer əmələ gətirirlər.
D) mədənin epiteli örtüyündə,fundal və pilorik vəzlərin boyuncuğunda lokallaşmışlar və mədənin selikli qişası üzərində 1-1,5 sm. qalınlığında selik baryer əmələ gətirirlər.
E) mədənin epiteli örtüyündə,fundal və pilorik vəzlərin boyuncuğunda lokallaşmışlar və mədənin selikli qişası üzərində 0,5-1,0 sm. qalınlığında selik baryer əmələ gətirirlər.
187. Selik- mukoid sekret hansı hüceyrələr tərəfindən ifraz olunur və tərkibi hansı maddələrdən ibarətdir?
A) əlavə heceyrələr tərəfindən ifraz olunur , qlikoprotein və proteoqlikanlardan ibarətdir.
B) əsas hüceyrələr tərəfindən ifraz olunur, qlikoprotein və proteoqlikanlardan ibarətdir.
C) parietal hüceyrələr tərəfindən ifraz olunur, qlikoprotein və proteoqlikanlardan ibarətdir.
D) əlavə hüceyrələr tərəfindən ifraz olunur, mukolipoidlərdən və mukopolisaxaridlərdən ibarətdir.
E) parietal hüceyrələr tərəfindən ifraz olunur, mukolipoidlərdən və mukopolisaxaridlərdən ibarətdir.
188. Duz turşusunun sekresiyasını stimullaşdıran faktorlar hansılardır?
1- azan sinirin xolinergik lifləri- mediatoru asetilxolindir
2- qastrin-mədədəki G-hüceyrələri tərəfindən ifraz olunur
3-histamin –mədədəki ECL-hüceyrləri tərəfindən ifraz olunur
4- sekretin
5- qlükoqon
6- neyrotenzin
7-somatostatin
8-serotonin
A) 1,2,3
B) 1,3,8
C) 2,4,7
D) 1,5,6
E) 5,7,8
189. Duz turşusunun ifrazını tormozlayan faktorlar hansılardır ?
1- azan sinirin xolinergik lifləri- mediatoru asetilxolindir
2- qastrin-mədədəki G-hüceyrələri tərəfindən ifraz olunur
3-histamin –mədədəki ECL-hüceyrləri tərəfindən ifraz olunur
4- sekretin
5- qlükoqon
6- neyrotenzin
7-somatostatin
8-serotonin
A) 4,5,6,7,8
B) 1,2,5,7,8
C) 1,3,5,7,8
D) 2,3,4,5,6
E) 2,4,5,8.
190. Mədə sekresiyasının fazaları aşağıdakı variantlaran hansında düzgün ifadə edilmişdir?
A) 1 – beyin fazası, 2 - mədə fazası, 3- bağırsaq fazası
B) 1- mədə fazası, 2-bağırsaq fazası, 3- beyin fazası
C) 1-mexaniki qıcıqlanma fazası,2- kimyəvi qıcıqlanma fazası,3- şərti reflektor faza
D) 1- şərti qıcıqlanma fazası, 2- mexaniki qıcıqlanma fazası,3- kimyəvi qıcıqlanma fazası
E) 1 – şərtsizreflektor faza, 2 - mədə fazası, 3- şərtireflektor faza
191. Mədə sekresiyasının ilkin və ya beyin fazasının xarakteristikası hansı variantda düzgün verilmişdir?
A) İlkin sekresiya qidanın qoxusu,görünüşü ilə distant reseptorların qıcıqlanması nəticəsində şərtireflktor yolla və ağız boşluğu,udlağın reseptorlarının qida ilə qıcıqlanması nəticəsində şətsizreflektor yolla baş verir.
B) İlkin sekresiya qidanın qoxusu , görünüşü ,qidalanma şəraiti ilə bağlı distant reseptorların qıcıqlanması nəticəsində şərtireflktor yolla baş verir.
C) İlkin sekresiya ağız boşluğu və udlağın reseptorlarının qida ilə qıcıqlanması nəticəsində şərtsizreflektor yolla baş verir.
D) İlkin sekresiya qidanın mədənin mexanoreseptorlarını qıcıqlandırması nəticəsində şərtsizreflektor yolla baş verir.
E) İlkin sekresiya qidanın mədə reseptorlarını qıcıqlandırması nəticəsində şərtireflektor yolla baş verir.
192. Mədə sekresiyasının ilkin fazasının tənzimi mexanizmləri hansı varantda düzgün ifadə edilmidir?
A) mədə vəzlərinə reflektor təsirlər azan sinir vasitəsilə ,humoral təsir qastrin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı da mühüm rol oynayır.
B) mədə vəzlərinə reflektor təsirlər uzaqlaşdırıcı sinir vasitəsilə ,humoral təsir qastrin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı da mühüm rol oynayır.
C) mədə vəzlərinə reflektor təsirlər uzaqlaşdırıcı sinir vasitəsilə ,humoral təsir serotonin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı da mühüm rol oynayır
D) mədə vəzlərinə reflektor təsirlər azan sinir vasitəsilə ,humoral təsir serotonin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı da mühüm rol oynayır.
E) mədə vəzlərinə reflektor təsirlər azan sinir vasitəsilə ,humoral təsir qastrin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı bu fazada mühüm deyil.
193. Mədə sekresiyasının bağırsaq fazasının mahiyyəti hansı varantda düzgün ifadə edilmidir?
A) mədə möhtəviyyatının bağırsağa daxil olması nəticəsində bağırsağın mexano- və xemoreseptorlarının qıcıqlanması eləcə də hidroliz məhsullarnın qana sorulması sinir və humoral yolla mədə sekresiasını stimullaşdırır.
B) mədə vəzlərinə reflektor təsirlər azan sinir vasitəsilə ,humoral təsir serotonin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı da mühüm rol oynayır.
C) qida möhtəviyyatının bağırsağ miroxovcuqlarını qıcıqlandırması sinir təsirləri yolu mədə sekresiasını stimullaşdırır.
D) qidanın mədənin mexanoreseptorlarını qıcıqlandırması nəticəsində reflektor yolla bağırsaq vəzlərinin sekresiyası stimullaşır,bu da şərtsizreflektor yolla mədə sekresiyasını stimullaşdırır.
E) mədə vəzlərinə reflektor təsirlər uzaqlaşdırıcı sinir vasitəsilə ,humoral təsir serotonin mexanizmi üzrə həyata keçir, qida məkəzinin oyanıqlığı da mühüm rol oynamır.
194. Qida ilə dolu olan mədədə hansı tip hərəkətlər əmələ gəlir?
A) peristaltik dalğalar, piloik şöbənin sistolik yığılmaları,mədənin dib və cisminin tonik yığılmalaırı
B) peristaltik dalğalar və piloik şöbənin sistolik yığılmaları
C) peristaltik dalğalar və mədənin dib və cisminin tonik yığılmaları
D) peristaltik dalğalar, piloik şöbənin sistolik yığılmaları,mədənin dib və cisminin tonik yığılmalaırı,unitar ritmik hərəkətləri
E) peristaltik dalğalar və unitar ritmik hərəkətlər.
195. Mədə motorikasını gücləndirən və tormozlayan qastrointestinal hormonlar hansılardır?
A) qastrin,motilin, serotonin gücləndirir,sekretin, qlükoqon, VİP , XSK tormozlayır
B) sekretin, qlükoqon,VİP,XSK gücləndirir, qastrin,motilin, serotonin tormozlayır
C) qastrin,sekretin, qlükoqon gücləndirir, motilin,serotonin, VİP , XSK tormozlayır
D) qastrin, VİP , XSK gücləndirir, motilin,serotonin, sekretin tormozlayır.
E) qlükoqon,serotonin,motilin gücləndirir, qastrin,VİP,XSK sekretin tormozlayır.
196. Qarışıq qidanın sağlam insanın mədəsindən tam evakuasiya etməsi vaxtı nə qədərdir?
A) 6-10 saat
B) 3-4 saat
C) 4-5 saat
D) 4-6 saat
E) 2-4 saat
197. Qusma mərkəzi beynin hansı şöbəsində yerləşmişdir?
A) uzunsov beynin retikular formasiyasında IV mədəciyinin dibində yerləşir
B) uzunsov beynin retikular formasiyasında II mədəciyinin dibində yerləşir
C) körpünün retikulyar formasiyasında yerləşir
D) aralıq beynin retikulyar formasiyasında yerəşir
E) orta beynin retikulyar formasiyasında yerləşir.
198. Mədəaltı vəzin neçə faizi ekzokrin elelmentlərin payına düşür və hansı tip hüceyrələrdən ibarətdir ?
A) 80-85% ekzokrin elementlərdən ibarətdir, ferment ifraz edən asinoz hüceyrələrdən, su,elektrolit və selik ifraz edən sentrsinoz və axacaq hüceyrələrindən ibarətdir
B) 50-55% ekzokrin elementlərdən ibarətdir, ferment ifraz edən asinoz hüceyrələrdən, su,elektrolit və selik ifraz edən sentrsinoz və axacaq hüceyrələrindən ibarətdir
C) 80-85% ekzokrin elementlərdən ibarətdir, ferment ifraz edən sentrasinoz hüceyrələrdən, su,elektrolit və selik ifraz edən asinoz və axacaq hüceyrələrindən ibarətdir
D) 50-55% ekzokrin elementlərdən ibarətdir, ferment ifraz edən sentrasinoz hüceyrələrdən, su,elektrolit və selik ifraz edən asinoz və axacaq hüceyrələrindən ibarətdir
E) 20-25% ekzokrin elementlərdən ibarətdir, ferment ifraz edən sentrasinoz hüceyrələrdən, su,elektrolit və selik ifraz edən asinoz və axacaq hüceyrələrindən ibarətdir.
199. 1 sutka ərzində insanda mədəaltı vəz nə qədər şirə ifraz edir?
A) 1,5-2,5 l.
B) 1,0-1,5 l.
C) 0,5-1,0 l.
D) 100-300 ml.
E) 300-500 ml.
200. Mədəaltı vəzin şirəsi hansı fermentlərə malikdir ?
A) tripsinogen, ximotripsinogen, a-amilaza,nukleazalar,lipaza
B) tripsinogen, ximotripsinogen, a-amilaza,lipaza
C) tripsinogen, ximotripsinogen, ,nukleazalar,lipaza
D) tripsinogen, ximotripsinogen, a-amilaza,nukleazalar
E) tripsinogen,pepsinogen, a-amilaza,nukleazalar,lipaza.
Həmçinin bax:
Biologiya testləri