Saatlara aid bütün reklam çarxlarına, afişalara diqqət yetirsəniz görəcəksinizki saatdakı əqrəblər hamıda 10:10-u göstərir. Səbəb: Saatların 10:10 olduğunda oxların düzülüşündən yaranmış forma, hamımızın smayllardan tanıdığı, və tez-tez işlətdiyimiz bu ) gülüş simvolunu xatırladır. <<Təbəssüm simvolu>> Marketoloqlar və brend-menecerlərinın dediyinə görə, oxların bu formanı alması şüuraltı psixologiyaya təsir edir. Reklama baxdığı zaman heç kimdə ruh düşkünlüyü yaranmayacaq. Əgər oxlar 16:40-ı göstərsə idi
bu zaman kədərli təsvir yaranardı. Belə çıxır ki saat gülümsəyir və auditoriyaya pozitiv enerji ötürür Bu zaman belə bir sual meydana gəlir: Nəyə görə 14:50 yox məhz 10:10.? Axı 14:50 -də də oxlar təbəssüm formasını alır. Marketoloqlar bu sualı belə cavablandırırlar: Pozitiv və enerjili vaxt daha çox Səhər olur, nahardan sonra yox. Həmdə oxların bu formada düzülüşündə saatın loqotipi, əlavə siferblatlar və bəzəkləri daha aydın görünüür.