" Hökmdar ovu"

" Hökmdar ovu"

İyirminci yüzillikdə təxminən 70-ə qədər dövlət başçısı sui-qəsd qurbanı olub. Con Kennedi, Raciv Qandi, İndira Qandi, İshak Rabin, Ənvər Sadat və s. Məşhur yazıçı Frederin Forsayt "Çaqqal günü" super romanında Şarl de Qolla qarşı edilən sui-qəsdlərin cüzi bir hissəsini -15-ni təsvir edib. Onun yazdığına görə general öz mühafizəçilərinin sayıqlığı hesabına deyil, ilahi qüvvələrin sayəsində sağ qalıb. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Liviya lideri Qəddafiyə nə az, nə çox 49 dəfə sui-qəsd edilib. Lakin bu rekord deyil. Fidel Kastro 51 dəfə, Səddam Hüseyn isə 55 dəfə sui-qəsdə məruz qalıblar. Çilinin hərbçi-hökmdarı Pinoçeti 18 dəfə aradan götürməyə cəhd ediblər; cəhdlərin birində (1986) 46 nəfər iştirak edib, diktatorun maşınına 1500 güllə atılıb. Lakin o, sağ qalıb. 1981-ci ildə sadəlövh Reyqan meydanda ruhi xəstələrdən biri ilə əl tutub görüşmək istəyəndə, iki güllə "yeyib". İş o yerə çatıb ki, 1946-cı ildə Amerika konqresinin qalerkasından prezident Harri Trümenə güllə atıblar, lakin öldürə bilməyiblər. " Ov" davam edir....
Top