Yaxşı bir kitab və ya poema oxumaq insana zövq verir, hətta bəzən elə kitablar da olur ki, insanın həyatını dəyişir. Amma elə kitablar da var ki, onları oxuyan zaman muəllifin fikirlərini başa düşmək, qavramaq bizə çətin gəlir. Halbuki bu romanların müəllifləri çox məşhur adamlardır və onların kitabları da minlərlə, milyonlarla tirajla satılıb. Sizlərə dünyanın ən çətin oxunan romanlarının siyahısını təqdim edirik:
1. "Fineqanın oyanışı" - Ceyms Coys
"Fineqanın oyanışı" ("Finnegan's Wake") məşhur irlandiyalı yazıçı, 20-ci əsr ədəbiyyatına yön verən şəxslərdən biri Ceyms Coys tərəfindən yazılıb.
Roman eksperimental üslubuna görə seçilir və indiyə kimi ingilis dilində yazılmış ən çətin əsərlərdən biri hesab olunur. Parisdə 17 il ərzində yazılmış əsər yazıçının ölümündən iki il əvvəl,1939-cu ildə çap edilib. Kitabdakı sözlərin yarısı standart ingilis dilində, digər yarısı isə yazıçının özü tərəfindən yaradılan neologizmlərlər, terminlərdən ibarətdir.
"Səs və qəzəb" ("The Sound and the Fury") 1929-cu ildə Nobel mükafatlı amerikalı yazıçı Uilyam Folkner tərəfindən yazılıb. Kitab çap olunduğu ilk dövrlədə uğur qazanmayıb və ancaq Folknerin 6-cı romanı "Ziyarətgah" nəşr olunandan sonra tanınmağa başlayıb. 1998-ci ildə "The Modern Library" nəşriyyatı əsəri 20-ci əsrdə ingilis dilində yazılmış ən yaxşı 100 əsər siyahısına daxil edib. Əsərdə hadisələr "Yoknapatapa" adlı xəyali 3 "Çılpaq qəlyənaltı" - Uilyam Barrouz Bu kitabın yazılması əhvalatı, bəlkə də kitabın özündən daha maraqlıdır. Barrouz Tanqierdə yaşayırdı və heroin aludəçisi idi. Bir gün o yenə narkotik qəbul etdikdən sonra yazı makinasını götürür və səhifələrlə yazı yazır. Sonra isə o yazdıqlarını hissələrə kəsir və təsadüfi ardıcıllıqla yenidən birləşdirir. Nəticəni o dostu Elen Qinqsbergə göndərir və əsər "Çılpaq qəlyənaltı" ("Naked Lunch") çap olunur. Kitab əxlaqsızlığı təbliğ etmək ittihamıyla məhkməyə verilir və ABŞ-ın bir sıra yerlərində pedofillik və uşaq cinayətini təsvirinə görə qadağa qoyulub.
"Çöl" ("The Waste Land") 1922-ci ildə Tomas Eliot tərəfindən yazılmış poemadır. Əsər 20-ci əsrin ən önəmli poemalarından biri kimi tanınır. 5 hissədən ibarət olan əsərdə obrazlar, zaman, məkan və dil (ingilis, latın, yunan, alman və sanskrit dili) gözlənilmədən dəyişir. Eliot əsərlərində tez-tez Homer, Sofokl, Virgil, Şekspir, Cefri Couser, Con Vebster, Volt Vitmen kimi ədiblərə eyham vurur. Eliotun yazdığı sətrlərin mənasını izah etmək üçün saysız-hesabsız kitablar yazılıb, vebsaytlar açılıb. Ancaq onlar bu sahədə qismən uğur qazana biliblər. Nataniel Houtornun şahəsəri hesab olunan "Qırmızı hərf" ("The Scarlet Letter") əsəri 17-ci əsrin puritan şəhəri Bostonda yaşayan Hester Prinnən bəhs edir. Hester evlilikdən kənar doğulmuş bir qızdır. O, kilsə ruhaniləri tərəfindən tutulur və günahının işarəsi olan böyük bir "A" hərfi yazılmış paltar geyinməyə məcbur edilir. Hester isə bütün bunlara baxmayaraq, məğrurluğunu və ləyaqətini qoruyur. Kitabda günah, qanunçuluq kimi mövzulara geniş yer verilib. Bir çoxları bu əsəri oxuyub və çaşqınlıq içərisində qalıb. Umberto Eko dövrümüzün ən intellektual adamlarından biri hesab edilir, o vaxtının çoxunu kitabxanalarda keçirib. "Fukonun rəqqası"nı ("Foucault's Pendulum") yazmaqla, o sizin də kitabxanalarda çox vaxt keçirmənizi istəyib. Eko qəsdən kitabı ağır dildə yazdığını etiraf edib. Ancaq əgər sizin ezoterizm nəzəriyyəsi haqqında məlumatınız varsa, kitabı başa düşmək sizinçün xeyli asan olacaq. 7. "QULAQ Arxipelaqı" - Aleksandr Soljenitsin Aleksandr Soljenitsinin SSRİ-dəki əmək dusərgələrindəki təqib, həbs, isgəncələrə məruz qalmış, öldürülmüş dissidentlərdən bəhs edən bu romanı insanda mərhəmət hissi yaratmaya bilmir. Soljenitsinin öz gözləri ilə şahidi olduğu hadisələr və araşdırmaları nəticəsində əldə etdiyi materiallar əsasında yazdığı kitab 3 hissədən ibarətdir. 1958-1968-ci illərdə yazılan əsər 1973-cü ildə qərbdə, 1989-cu ildə isə rəsmi olaraq Sovetlər Birliyində çap olunub. SSRİ-nin süqutu, Rusiya Federasiyasının yaranmasından sonra "Qulaq Arxipelaq" ali məktəblərdə tədris proqramına daxil edilib. "Mobi Dik" ("Moby Dick") 1851-ci ildə çap edilib. Roman dünya ədəbiyyatnın incilərindən biri hesab olunur. Əsər "Pequod" gəmisində yaşanan hadisələrdən bəhs edir. Əsər kapitan Ahabın balina Mobi Diki ələ keçirmək uğrunda mübarizəsindən danışsa da, əslində onun motivi, vermək istədiyi mesaj daha dərindir. Əsərdə əsas qəhrəmanın sinif və sosial status, xeyir və şər, Tanrının varlığı kimi düşüncələrinə geniş yer verilib. 9. "Atlas çiyinlərini çəkdi" - Eyn Rend Eyn Rendin şahəsəri olan "Atlas çiyinlərini çəkdi" ("Atlas Shrugged") əsəri məhsuldar fəhlə sinfinin cəmiyyət tərəfindən istismar olmaqdan imtina etdiyi distopiyadan bəhs edir. Hökumət sənayəyə nəzarəti getdikcə artırdıqca, əhalinin məhsuldar qismi kult lider olan Con Qalta daha çox meyl edir. Kitabda Rendin süurun və fərdi haqqların aliliyini vurğulayan "Obyektvizm" nəzəriyyəsi öz əksini tapıb. Kitab liberallar tərəfindən nifrətlə qarşılanmış, mühafizəkarlar isə əsərdə gizli ateizmin tərənnüm olunduğunu söyləyərək kitabı rədd edirdilər. Tolstoyun "Hərb və Sülh" əsəri indiyə kimi yazılmış ən möhtəşəm bədii əsərlərdən biri hesab olunur. Həmçinin bu əsər insanların çox oxuduğunu iddia etdiyi romanlardan biridir. Çoxları bu əsəri elə "oxumaq" xətrinə oxuyur. Bəs əsəri oxuyanlardan neçəsi onu həqiqətən başa düşür? Tolstoy əsəri çox gözəl dildə yazıb. Amma əsərdə əsas obraz və izləniləsi bir sujet xətti yoxdur. Nəticədə kitab bir neçə kitablar halına bölünə biləcək alt sujetlərdən ibarətdir. Bu isə oxucunu çaşdıra bilir.
2. "Səs və qəzəb" - Uilyam Folkner
4. "Çöl" - Tomas Eliot
5 "Qırmızı hərf" - Nateniel Houtorn
6. "Fukonun rəqqası" - Umberto Eko
8. "Mobi Dik" - Herman Melvil
10. "Hərb və Sülh" - Lev Tolstoy