Yerkökü

Yerkökü

Ömrünün 50 ilini meyvə-tərəvəzin müalicəvi xassələrini öyrənməyə həsr edən naturopat alim N.Uoker (ABŞ) böyük zəhmət hesabına hazırladığı 149 peseptin böyük əksəriyyətində yerkökü şirəsini birinci cərgədə yazıb. Tərkibi A, B, S, D, Q, J və K vitaminləri ilə zəngindir. Məhz buna görə də yerkökü şirəsi xəstələrin iştahını artırır, həzmolmanı yaxşılaşdırır, dişlərə, saça müsbət təsir göstərir, orqanizmi gümrah hala salır, uşaqlarda boy artımını gücləndirir.Yerkökü şirəsini nə qədər içmək lazımdır? Bu, hər bir fərdin fiziki durumundan, çəkisindən və boyundan asılıdır. Alim qeyd edir ki, hər bir sağlam adam gündə yarım litr, xəstələr isə 3-4 litrə qədər yerkökü şirəsi içsə, yaxşı olar. Bətnində uşaq gəzdirən qadınlar və uşaq əmizdirən analar gündə fasilələrlə, ən azı 1 litr yerkökü şirəsi içməlidir. Yerkökü şirəsi içən gələcək ana rahat doğuşa və digər müsbət nəticələrə nail olmaqla bərabər, həm də uşağın sepsis xəstəliyinə tutulmasının qarşısını bəri başdan almış olur. Belə uşaq həm fiziki cəhətdən, həm də əqli cəhətdən çox sağlam və gümrah doğulur, onun immun sistemi güclü olur.
Yerkökü şirəsi mədə xorasının və xərçəng xəstəliklərinin müalicəsində müstəsna rol oynayır. Böyrəküstü vəzinin fəaliyyətini stimullaşdıran bu şirə infeksiyalara qarşı müqaviməti artırır. Orqanizmin göz, boğaz, nəfəs yolları, beyin və s. xəstəliklərə qarşı müqavimətini artırır, əsəb sistemini qoruyur. Bir çox mədə-bağırsaq xəstəlikləri məhz yerkökü şirəsində bol olan bəzi elementlərin bədəndə az olması və yaxud heç olmaması ucbatından törəyir. Bu şirəni içərkən xəstə qaraciyərin vəziyyəti xeyli yaxşılaşır və keçidləri tutan yad elementlərin əriməsi, təmizlənməsi baş verir. Bəzən yerkökü şirəsinin təsirindən bədən o qədər çox şlak ifraz edir ki, bağırsaq və sidik kanalı çatdırıb onları kənarlaşdıra bilmir, bu halda şlak limfalara dolur və oradan dəri məsamələri vasitəsilə çıxır. Belə şlak narıncı və ya sarı rəngdə olur, buna görə də dəri bəzən solğun görünə bilir. Bu o deməkdir ki, qaraciyərin təmizlənməsi prosesi yaxşı gedir. Sonra bu hal keçib gedir. Dərinin soluxması yuxusuzluğun və yaxud yorğunluğun nəticəsi də ola bilər.
Bir çox hallarda bu şirəni intensiv şəkildə qəbul edən gənc ailələr sonsuzluq kimi xoşagəlməz xəstəlikdən xilas ola bilir.
Yerkökü şirəsinin keyfiyyəti və təsir qüvvəsi onun hansı üsulla çəkilməsindən, işığa və termal təsirə nə dərəcədə məruz qalmasından çox asılıdır. Sürtkəcdən keçirilmiş kütlədən sıxma yolu ilə alınan şirə çox zəhmət tələb etsə də, onun tərkibi daha zəngindir və effekti daha böyükdür.
Yerkökü şirəsini və ümumiyyətlə bütün mayeləri su kimi, ilıq şəkildə, qurtum-qurtum içmək lazımdır. Bu halda şirənin şəfa vermək qabliyyəti birə-beş artır. Digər tərəvəz şirələri kimi, kök şirəsini də meyvə şirəsi ilə qarışdırmaq olmaz. Əvvəlcə meyvə şirəsi içmək, yarım saatdan sonra isə kök şirəsi içmək lazımdır. Yerkökü şirəsini meyvədən başqa, hər bir qida növü ilə qarışdırmaq olar. Onu da nəzərə alın ki, ayrı-ayrılıqda qəbul olunan hər bir qidanın səmərəsi daha güclü olur.

Ərşad ƏZİMZADƏ,
"Ana Təbiət" Natural Gigiyena
Mərkəzinin rəhbəri, yazıçı-jurnalist
Top