Pomidorun vətəni Peru və Mərkəzi Meksikadır. Onun vəhşi sortlarına Peruda, Kanar və Filippin adalarında rast gəlmək olur. Qədim asteklər ona «tomata» adı vermişlər. Asteklərdən başqa, onu mayya hinduları istiotla bərabər becərirdilər.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
XIV əsrdə İspaniyaya pomidor (1534-cü ilin axırı, 1535-ci ilin əvvəli) gətirilib. R. Dodoyens öz əsərlərində (1553-cü il) pomidorun ilk şəklini təsvir edib və ona «poma amoris» («məhəbbət alması») adını verib.
Avropada pomidoru ilk olaraq ispanlar, portuqaliyalılar və italyanlar becəriblər. Qida kimi hazırlanma qaydası da ondan ibarətdir ki, onu istiotla birlikdə qaynadaraq bişirirlər.
XVII əsrdə pomidor Asiya və Afrika ölkələri xalqlarının da diqqətini cəlb edib. Onu Suriya, Ərəbistan, Misir və Həbəşistanda yetişdirməyə başlayırlar.
XVII əsrin birinci yarısında pomidor Macarıstana aparılır.
Təqribən 1832-ci ildə ABŞ-ın Konnektikut ştatında ilk pomidor məhsulu əmələ gəlir. Burada ilk vaxtlar ona ev şəraitində tamaşa xətrinə qulluq edirlər, çünki onu qida kimi zərərli sayırlar, hərçənd ki, onların pomidorun fransızların süfrəsində ərzaq kimi istifadə olduğundan xəbərləri var idi. Bu hal on ildən çox davam etmir. Amerikalılar da bu qiymətli nemətə süfrələrində layiqli yer verirlər.
Pomidoru «tomat»da adlandırırlar. Hindu mənşəli bu sözü Avropada ilk dəfə M. Giladini (1572-ci il) işlədib. Hazırda tomatın 30-dan çox sortu mövcuddur. İndi bu qiymətli tərəvəz əsas etibarilə Avropa və Şimali Amerikada geniş sahələrdə becərilir.
Pomidor əksər ölkələrdə açıq səma altında yetişdirilir. Hollandiya, İngiltərə və Fransada pomidoru həm açıqda, həm də istixanalarda yetişdirirlər.