1. Qəhvə "cəhənnəm" kimi qara, "ölüm" kimi güclü, "sevgi" kimi şirin olmalıdır: (Türk atalar sözü)
2. Amerikanların 52%-i mütəmadi olaraq qəhvə içirlər.
3. Tarixi fakta əsasən ilk dəfə olaraq qəhvəyə qənd Kral Ludovik XIV-tərəfindən əlavə edilmişdir.
4. 1657-ci ildə Böyük Britaniyada qəhvə oynaq xəstəliklərindən müalicə olunmaq üçün reklam olunurdu.
5. Qəhvə istehsal edən kompaniyaların əksəriyyəti qəhvə hazırlarkən kofeinin çox hissəsi çıxarılmış olur.
6. Qəhvə ağacı "Arabika" il ərzində 6 kq-a yaxın qəhvə verə bilər.
7. Avstraliyanı 1940-cı illə müqayisə etdikdə burada 60% qəhvənin çaya nisbətən daha çox içildiyi nəzərə çarpır. Bu da həmin ildən 6 dəfə çoxluq təşkil edir.
8. Bəstəkar Bethoven o qədər qəhvə sevən idi ki, hətta qəhvə hazırlarkən belə onun dənələrini sayırdı: say 60-ı keçməməli idi.
9. Fransada qəhvə kafesi ilk dəfə olaraq XVII-ci əsrdə açılmışdır. Ancaq buna baxmayaraq bu ölkədə qəhvə ərəb tacirləri tərəfindəın küçələrdə satılırdı.
10. Braziliya dünyada ən çox qəhvə istehsal edən ölkədir-hesablamaya əsasən bu il ərzində yarım million tona bərabərdir.
11. Qəndin və şəkərin qəhvəyə əlavə edilməsindən əvvəl qəhvəyə limon əlavə edilirdi. Bunun tarixi təxminən bir neçə 100 illiklərə bərabərdir.
12. Qəhvə dünyanın 45 ölkəsində yetişdirilir.
13. Dünyanın ən populyar içkilərindən hesab olunur: statistikaya əsasən il ərzində 400 milliard qəhvə içilir.
14. Qəhvə ilk dəfə olaraq Avropada "Ərəb çaxırı" içkisi adlandırılırdı.
15. Dünyanın "Aromat top 10-da qəhvə" yer ala bilmişdir.
16. Qəhvə- ərzaqlar içərisində yağdan sonra dünyanın 2-ci ən populyar ərzağı hesab olunur.
17. 2-ci dünya müharibəsi zamanı təxminən 130 million kq qəhvə içilmişdir.
18. 1-oktyabr tarixi Yaponiyada "Qəhvə günü" kimi qeyd edilir.
19.Qəhvə hazırlandıqdan sonra onun soyudulması zamanı təxminən 700 aromat elementi ondan ayrılmış olur.
20. Ərəblər ilk dəfə olaraq qəhvə ilə XIV əsrdə tanış olmuşlar.
Həmçinin bax: qəhvə bitkisi
Qəhvə möcüzələr yaradır: Hər alman ildə 160 litr - yəni ortalama 1000 fincan qəhvə içir. Qəhvə sadəcə dadı ilə deyil, eləcə də insana təsiri üçün də sevilən bir içkidir. Bir fincan qəhvənin tərkibində su, protein, kofein, şəkər, turşu vardır. Səhər içilən qəhvə stress və dərdləri yox edir. Əgər qədərində içilərsə, bu, gerçəkdən möcüzələr yarada bilər. Diqqəti artırar, əhvalı da düzəldər. Qəhvə içdikdən sonra gecə gec saatlara qədər işləyə bilərsiniz. Bu prosesdə sizə kofein yardımçı ola bilər.