Qəhvə (ərəbcə قهوة qəhvə "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.
İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər. Yohan Volfqanq Göte qəhvə dənəciklərini distilə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeini aşkar edir. Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır. Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilimişdir. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra Konstantinopolda qəhvə evi açılır. Buna baxmayaraq qəhvənin ölkədə rəsmi içki kimi qəbul edilməsi tanzimatın 1839-cu ildə apardığı islahatlara qədər davam etmişdir. 1573-cü ildə Almaniyalı həkim Leonard Rauvolf Aleppoda bu içkinin dadına baxır və 1582-ci ildə onun haqqında yazır. Başqa mənbələrə görə 1592-ci ildə Prospero Alpino tərəfindən qəhvə İtaliyaya gətirilir və beləliklə bu içki Avropaya qədəm qoyur. 1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılmışdır. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki təşkil etmişdir. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. Az keçməmiş bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi. 1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır. Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez həllolan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur.Qəhvə içkiləri 3 əsas qrupa ayrılır: Ev şəraitində qəhvə içkisi hazırlamaq üçün çiy qəhvə dənələri istifadə olunmamalıdır. Ona görə də, qəhvə dənələri əvvəlcə qovrulur, sonra isə elektrik dəyirmanında üyüdülür. Bunun üçün ev şəraitində qəhvə dənələrini tavaya 2-3 sm qalınlığında yayıb tünd qəhvəyi rəng və özünəməxsus ətir kəsb edənə kimi qovururlar.Qovurulduqda qəhvə dənələrinin kütləsi 16-18% azalır, həcmi isə zülali maddələrin şişməsi hesabına artır. Qəhvə dənələri istifadə olunduqca tədricən yüyüdülməlidir, Bu zaman daha keyfiyyətli qəhvə içkisi alınır. Qeyd edək ki, hal-hazırda qəhvə tozu üyüdülmüş, hazır qablarda satışa buraxılır. Təbii qəhvədən şərqsayağı qəhvə, qara qəhvə, süd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə və digər içkilər hazırlanır. Qara qəhvə tutumu 75–100 ml olan qəhvə fincanlarında və yaxud çini qəhvədanda süfrəyə verilir. Əgər süd və ya qaymaqla qəhvə verilirsə, onda 200 ml tutumlu fincanlardan istifadə edilir. Fincana 150 ml qəhvə, 50 ml süd və ya qaymaq tökülür. Qəhvədana qəhvə 2–4 fincanlıq tökülür. Bu zaman qəhvədan əvvəlcə qaynanmış su ilə yaxalanmalıdır. Əgər qəhvə 100–mm-lik fincanda verilirsə, onda nəlbəkiyə qəhvə qaşığı qoyulur. Qəhvə fincanının əltutan yeri sol tərəfdə, qaşıq isə sağ tərəfdə olmalıdır. Bir neçə nəfərə xidmət etdikdə qəhvə fincanları podnosda gətirilir və qonağın sağ tərəfinə yaxınlaşıb ona qəhvə təklif edilir və yaxud qonağın sağ tərəfindən yaxınlaşıb süfrəyə qoyulur. Qəhvə yanında yalnız tikə qənd verilməlidir. Kütləvi sürətdə qəhvə hazırladıqda süd və şəkər birbaşa içkiyə qatılır. Süd və qaymaqla qəhvə tutumu 200 ml olan stəkanlarda da verilə bilər. Şərqsayağı qəhvə isə hazırlandığı xüsusi qazançada süfrəyə verilir və süzülmədən fincanlara tökülür. Qara qəhvə yanında soyuq qaynadılmış su da verilir. Qəhvə yanında konyak və likor verilə bilər. Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına kiçik rəngli dəsmal qoyulur, onun üstünə qəhvə fincanı, sol tərəfə desert boşqab və qəhvə dəsti qoyulur. Fincanın arxasına konyak və ya likor üçün qədəh qoyulur. Stolun ortasında vazada tort, pirojna, qovrulmuş fındıq və ya badam qoyulur. Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Ona görə də bəzi insanlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Qəhvənin çox istifadə olunması ürəyə zərər göstərir. Qəhvənin tərkibindəki kafein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, üürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir. Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur. Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. Bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır. Migren və qəhvə tamamilə bir-birinə ziddir. Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və migren ağrıları yaradır. Qəhvənin tərkibindəki kafein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır. Qəhvənin tərkibində olan kafein səbəbilə gündə 3 stəkandan çox qəhvə içən xanımlarda doğuş faizi aşağı düşür. Qəhvə kişilərə tamamilə əks təsir göstərir və spermaları gücləndirir. Qəhvədəki kafein ana bətnindıki körpəyə zərərlidir. Buna görə hamilə qadınlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdır. Qəhvənin asılılıq yaratdığı aparılan araşdırmalar nəticəsində bəlli idi. Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb. Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır. UPD. Alimlər qəhvənin bilinməyən daha bir faydasını üzə çıxarıblar. Türkiyənin "Milliyət" qəzetinin verdiyi məlumata görə, xüsusilə qadınların gün ərzində içdiyi 2-3 fincan qəhvə infarkt riskini aşağı salır. İsveçrədə aparılan araşdırmanın nəticəsinə, səhərlərin əvəzedilməz içkisi bu riski 25 faizə kimi azaldır.Qəhvənin tarixi
Qəhvə hazırlamaq
Qəhvə süfrəsi
Qəhvənin zərərləri
Yüksək təzyiq
Mədədə problemlər
Migren
Mineral və vitanmin
Doğuş
Hamiləlik dövründə qəhvə içmək
Qəhvənin faydaları
Xərçəng- Yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidanlar var. Bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına mane olur. İmmuniteti gücləndirir.
Baş ağrıları- Qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi maddələr var. Bu xüsusiyyətinə görə qəhvə ağrıkəsicilərlə müqayisədə baş ağrılarında 40 faiz daha təsirli nəticə göstərir.
Beyinin oyanması- Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur. Aparılan eksperimentlər məktəblilərin az miqdarda südlü qəhvə içdikləri zaman dərslərdə daha fəal olduqlarını üzə çıxarıb.
Qaraciyər sağlamlığı- Müntəzəm olaraq qəhvə içənlərin serroz kimi qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi ortaya çıxıb.
Dəri- Qəhvə həm də sellülitə qarşı faydalıdır. Lakin sellülitə mübarizədə ancaq qəhvəyə etibar etmək olmaz.
Parkinson xəstəliyi- Gündə bir fincan qəhvə içən kişilərdə Parkinson xəstəliyinə tutulma riski nisbətən azalır.
Tədqiqat zamanı 10 il ərzində 35 min qadın tədqiq edilib. Tədqiqatda iştirak edən qadınlardan 1680-i əvvəllər infarkt keçirib.Araşdırmanın rəhbəri Susana Larssonun sözlərinə görə, bu nəticələr qəhvəni sevən, lakin onu içməkdə tərəddüd edən, eləcə də bir fincandan artıq qəhvə içəndə vicdan əzabı çəkənlər üçün xoş xəbər sayıla bilər. Qəhvənin riski azaltmasının səbəbi isə insulinə olan tələbatı tənzimləməsi və stresin təsirlərini azaltmasıdır.
"Bəzi qadınlar qəhvə qəbulunu azaltmağa çalışılar. Ancaq nəticələr göstərir ki, qəhvədən istifadə diabet, qaraciyər xərçəngi və infarkt riskini azaldır", deyə S. Larsson qeyd edib. ANS PRESS