Ən böyük həqiqət

Ən böyük həqiqət

Görmək və inanmaq... Bu sözlər arasında birbaşa əlaqə qurmaq məntiqsizlikdir. Görmək gördüyünün, inanmaq isə təkcə gördüyünün yox, görmədiyinin də varlığını qəbul etməkdir. Sözsüz ki, bu məsələdə ağılın rolu inkaredilməzdir. Lakin əgər ağıl görmədiyini inkar edirsə, deməli o özünü də inkar edir. Halbuki həyatda görmədən inandıqlarımız, görərək inandıqlarımızdan daha çoxdur. Görmədikləri üçün Allahın varlığını inkar edənlərə gəlincə isə... Bu barədə böyük mütəfəkkirlərin fikirlərinə müraciət edək...


Allahı kor-koranə inkar etmək asandır. Bəlkə də haradasa əlverişli görünür. Çünki bu, insanı hesab verməkdən, məsuliyyətdən, vicdan əzabından xilas edir. Halbuki Allahı inkar etmək, isbat etməkdən daha çətindir.  
P. Səfa


"Yox" deyənlərə mənim bir sözüm var... Siz mənə həqiqətən yox olan bir şeyi göstərin.Əgər göstərsəniz, deməli o şey var. Göstərə bilməsəniz, deməli onun olmadığını deməyə haqqınız yoxdur. Bir sözlə Allaha "yoxdur" demək əslində Onun var olduğunu sübut etməkdir. 
Nəcib Fazil Kısakürək

Hətta bir mikrobun varlığı da mənə Allahın varlığını sübut etmək üçün kifayətdir.
Paster


Insanın kimyəvi elementlərdən ibarət olduğunu söyləmək yalnız ondan gübrə kimi istifadə etmək istəyənləri razı sala bilər.
H. C. Müller

Inanmaq istəməyəni heç bir məntiq inandıra bilməz.
C.Şəhabəddin

Mənbə: "Ailəm" jurnalı

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətndən istifadə edərəkən istinad etmək (saytın adı
http://kayzen.az) mütləqdir,əks halda halal edilmir.

Top