Badımcanlı və feta pendirli salat

Badımcanlı və feta pendirli salat

Ərzaqlar
  • Anchor Feta pendiri 120 qr. ⠀Badımcan 2-3 ədəd.⠀
  • Kişniş (doğranmış) 2 x.q.⠀
  • Nanə (doğranmış) 2 x.q.⠀
  • Sarımsaq 2 diş.⠀
  • Qırmızı Soğan 1 ədəd.⠀
  • ⁣L⁣imon şirəsi 2 x.q.⠀
  • ⁣P⁣⁣ul bibər 1 çimdik ⠀
  • ⁣Zeytun yağı 6 x.q.⠀
  • ⁣Cirə toxumu 1/2 ç.q. ⠀
Badımcanlı və feta pendirli salat
Hazırlanması:
Sarımsaq əzilir və üzərinə duz əlavə edilir. Üzərinə 1 x.q. limon şirəsəsi sıxaraq 10 dəqiqə gözlədilir. ⠀
⁣Soğan xırda doğranılır və üzərinə qalan 1 x.q. limon şirəsi, bir çimdik duz səpilərək 10 dəqiqə gözlədilir. ⠀
⁣Zeytun yağı, cirə və pul bibər əzilmiş sarımsağın üzərinə əlavə edilir.⠀
Badımcan halqavari dilimlənir. Dilimlərin hər iki tərəfi zeytun yağı ilə yağlanır. İsinmiş tavada hər tərəfi 3-4 dəqiqə bişirilir. (Tavaya yağ əlavə edilmir).⠀
⁣Qızarmış badımcanların üzərinə doğranmış soğan, feta pendiri, xırda doğranmış kişniş, nanə ( və ya zövqə görə istənilən göyərti) səpilir və sonda üzərinə sarımsaqlı sous gəzdirilir.
 

Mənbə: qadin.az
Top