Holland pendirli kroket

Holland pendirli kroket

İnqrediyentlər
  • holland pendiri-250 qr
  • yumurta-2 ədəd
  • çörək qırıntıları-100 qr
  • un-100 qr
  • istiot-1 ç.q.
  • supersun yağı-150 qr
Holland pendirli kroket
Hazırlanma mərhələsi
Bir qabda yumurtalar çırpılır. Suxariklə istiot qarışdırılır və ayrı bir boşqaba tökülür. Un da ayrı bir qaba qoyulur.
Soyuducudakı pendir çıxarılır, uzunsov və 2 sm qalınlığında dilimlənir.
Pendir dilimləri əvvəlcə yumurtaya, sonra una, yenidən yumurtaya və daha sonra suxarikə bulaşdırılır.
Yağ dərin tavada əridilir və pendirlər bu yağda hər tərəfi qızılı rəng olana qədər bişirilir. Artıq yağlarını kağız salfet vasitəsilə yox etmək olar.
Servis etdikdə yanında sous vermək olar.
 
Nuş olsun!
 
 
Mənbə:neyeyek.az
Top