Soğan şorbası

Soğan şorbası

İnqrediyentlər
  • orta ölçülü baş soğan — 5 ədəd
  • sarımsaq — 2 diş
  • kərə yağı — 50 qr
  • zeytun yağı — 1 x.q.
  • un — 2 x.q.
  • isti ət suyu — 6 st
  • dəfnə yarpağı — 1 ədəd
  • təzə kəklikotu — 1 saplaq
  • duz — 1 ç.q.
  • istiot — 1 ç.q.
Fransız mətbəxi Soğan şorbası
Hazırlanma mərhələsi
Şorbanın əsas ərzağı olan baş soğanlar yarım halqa şəklində doğranılır. Sarımsaqlar kiçik kublar formasında doğranılır.
Super Sun yağı və zeytun yağı geniş bir qazanda əridilir, soğan, sarımsaq, dəfnə yarpağı, təzə kəklikotu bura əlavə olunur. Az odda sotelənir.
Xəfif-xəfif rəngi qızılı rəng alana qədər soğanlar az odda 25-30 dəqiqə sotelənir.
Soğanlar yaxşıca yumşaldıqdan sonra ocağın odu artırılır və 5 dəqiqə bişirilir. Qoxularını soğana verən dəfnə yarpağı və təzə kəklikotu qazandan çıxarılır.
Un soğanların üzərinə əlavə olunur və qoxusu çıxana, rəngi azca tündləşənə qədər birlikdə qovurmaq lazımdır. Ardıyca ət suyu əlavə olunur və qaynamağa buraxılır. Duz və istiot əlavə olunaraq 15-20 dəqiqə bişirilir.
İstiyə davamlı servis qablarına əlavə olunan şorbanın üzərinə bir dilim çörək qoyulur. Üzərinə də pendir əlavə olunaraq 200 dərəcəli sobada pendir əriyənə qədər bişirilir. Sobadan çıxarılan şorbalar isti halda servis edilir.
 
Mənbə: neyeyek.az
Top