Beşamel souslu toyuq

Beşamel souslu toyuq

İnqrediyentlər
  • zeytun yağı-2 x.q.
  • toyuq filesi-600 qr
  • duz-1 ç.q.
  • istiot-1 ç.q.
  • holland pendiri-0.5 st sürtgəcdən keçirilmiş
  • Kərə yağı-3 x.q.
  • un-2 x.q.
  • soyuq süd-2.5 st
Beşamel souslu toyuq
Hazırlanma mərhələsi
Tavada qızdırılan zeytun yağının üzərinə quşbaşı doğranmış toyuq filesi əlavə olunur, yüksək odda sotelənir. Üzərinə duz, istiot əlavə olunur, qarışdırılır və ocaqdan götürülür.
Beşamel sousu hazırlamaq üçün yağ əridilir. Üzərinə un əlavə olunur, qoxusu gələnə qədər qovrulur.
Qovrulan unun üzərinə soyuq süd az-az tökülür, un düyün-düyün olmaması üçün da qarışdırılır. Duz, istiot da səpilir. Holland pendiri tökülür, ocaqdan götürülür və qarışdırılmağa davam edilir.
Sotelənən toyuqlar istiyə davamlı şüşə soba qabına tökülür, üzərinə də beşamel sous gəzdirilir.
Beşamel sousdan sonra toyuğun üzərinə pendir səpilir və 200 dərəcəli sobada 25 dəqiqə bişirilir.
Sobadan çıxarıldıqdan sonra isti-isti servis edilir.

Nuş olsun!

Mənbə:neyeyek.az
Top