Kartoflu Muffin

Kartoflu Muffin

İnqrediyentlər
  • kartof-2 ədəd
  • yumurta-2 ədəd
  • qarğıdalı nişastası-1 x.q.
  • Ərinmiş yağı-2 x.q.
  • bitki yağı-1 ç.q.
  • holland pendiri-1 st
Kartoflu Muffin
Hazırlanma mərhələsi
Kartof yuyulur, qabığı soyulur, sürtgəcdən keçirilir.
Bitki yağı və Super Sun yağı tavada qızdırılır, sürtgəcdən keçirilən kartoflar bura əlavə olunur. 10-15 dəqiqə sotelənir, duz və istiot səpilir, qarışdılır. Azca qızaran kartofları soyuması üçün kənara qoymaq lazımdır.
Soba 200 dərəcədə qızdırılır
Muffin qabları yağlanılır.
Soyuyan kartofların üzərinə yumurta və nişasta əlavə olunaraq qarışdırılır.
Muffin qablarının içərisinə kartof içliyi çanaq olaraq bərabər şəkildə paylanılır.
15 dəqiqə sobada bişirilir.
Göy soğan xırda-xırda, bibər kub-kub doğranılır.
15 dəqiqə sonra çanaqların içərisinə pendir, soğan və bibər qoyulur, üzərləri qızarana qədər sobada 10-15 dəqiqə bişirilir.


Mənbə: neyeyek.az
Top