İnqrediyentlər
- 2 x.q. əridilmiş yağ
- krevetka-32 ədəd
- sarımsaq-1 diş
- zeytun yağı-4 x.q.
- cəfəri-zövqə görə
- duz, istiot-zövqə görə
Hazırlanma mərhələsi
Krevetkaları yaxşıca təmizləyib, yumaq lazımdır.
Sarımsaq təmizlənir, doğranılır.
Tava qızdırılır, zeytun yağı əlavə edilir və krevetkalar burada hər üzü 3 dəqiqə olmaqla qızardılır.
Qızaran krevetkaların üzərinə sarımsaq əlavə edilir. Birlikdə bir az sotelənir.
Daha sonra Super Sun yağı bura əlavə olunur. Bişirilməyə davam edilir.
Duz, istiot səpilir.
Bişdikdən sonra doğranmış cəfəri ilə servis edilir.
Mənbə: neyeyek.az