İnqrediyentlər
- spagetti-1 qutukrevetka-0,5 kq
- kök-1 ədəd
- soğan-1 baş
- sarımsaq-2 diş
- bolqar bibəri-1 ədəd
- əridilmiş yağ-3 x.q
Hazırlanma mərhələsi
Spagetti adi qaydada bişirilib, süzülür.
Krevetkalar təmizlənir, yaxşı yuyulur.
Baş soğan orta kəsilir. Sarımsaq xırda doğranılır. Yağda qovrulur.
İçinə sürtgəcdən keçirilmiş kök əlavə edilir.
Bibər uzunsov və nazik doğranılır, əlavə edilir.
Tərəvəzlər qızaranda krevetkalar əlavə edilir və 3-5 dəqiqə qızardılır. Krevetkalar çox qızaranda bərk olur.
Duz, istiot əlavə edilir. Bişmiş spagettinin üzərinə əlavə edilir.
Mənbə: neyeyek.az