Bananlı peçenye

Bananlı peçenye

Tərkib:
2 stəkan un
1 stəkan şəkər tozu
4 banan
yarım ç.q. darçın
1 stəkan qoz
1 yumurta
100 qr kərə yağı
1,5 ç.q. qabartma tozu
bananlı peçenye
Hazırlanması:
1. Kərə yağını şəkər tozu və yumurta ilə çalın.
2. Unu qabartma tozu ilə birlikdə ələyin. Yağlı kütləyə əlavə edin, darçın əlavə edin, qarışdırın.
3. Bananları təmizləyin, blenderdə əzin, xəmirə əlavə edin.
4. Qozu xırda doğrayın, xəmirə əlavə edin, qarışdırın.
5. Tavaya perqament kağızı sərin. Xəmiri qənnadı torbaya qoyun, tavaya dairələr formasında sıxın, hər dairənin ortasına qoz ləpəsini qoyun. 
6. Sobanı 180 C qədər qızdırın, 15 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az
Top