Ərzaqlar:
- 2 yumurta
- 1 stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 50 qr süd
- 1-1,5 stəkan un
- 1 ç.q. qabartma tozu
- yarım ç.q. vanil
- 300 qr üzüm (kişmiş)
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
2. Yumşaq kərə yağı, vanil və süd əlavə edin, yenə yaxşı çalın.
3. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, ehtiyatla qarışdırın.
4. Xəmirə üzüm tökün, ehtiyatla qarışdırın.
5. Formaya yağ çəkin, xəmir qoyun.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 1 saat bişirin.
Nuş olsun!
Mənbə: Evdarliq.az