İnqrediyentlər:
- 200 ml qaymaq
- 200 qr kokos yonqarı
- 300 qr südlü şokolad
- 85 qr şəkər tozu
- 50 qr kərə yağı
Hazırlanması:
1. Vam odda kərə yağı, qaymaq və şəkər tozu əridilir, oddan götürülür, kokos yonqarı əlavə olunur, yaxşı qarışdırılır.
2. Kütləni kağız sərilmiş formaya qoyuruq və 1 saat soyuducuda saxlayırıq.
3. Kütləni soyuducudan çıxardırıq, Baunti konfetləri formasında doğrayırıq, 8 saat soyuducuda saxlayırıq.
4. Şokoladı su hamamında əridirik.
5. Batonçikləri şokolada batırırıq və kağıza düzürük ki, şokolad donsun.
Nuş olsun!
Mənbə: Evdarliq.Az