Tərkibi:
- 500 qr yoqurt ( müxtəlif yoqurtların qarışımı da olar)
- 25 qr jelatin
- 4 x/q şəkər tozu( yoqurt şirindirsə az da istifadə etmək olar)
- mövsüm meyvə və giləmeyvələri
Hazırlanması:
Jelatin kristallarının üstünə isti su töküb, əriməsini
gözləyin. Yoqurtun üzərinə şəkər tozu səpib, mikserlə yaxşıca çaıln. Mövsüm meyvə və ya giləmeyvələrini yuyub, təmizləyin. Ehtiyac olarsa doğrayın. Jelatinli kütləni yogurtun üzərinə töküb, yenidən mikserlə qarışdırın. Doğranmış meyvə və ya giləmeyvələri də ehtiyyatla yogurta əlavə edin. Şüşə və ya plastik formanın içərisinə folqa döşəyin, üzərinə əldə etdiyiniz deserti tökün. 3 saat soyuducuda saxlayın. Artıq hazır tortun üstünü meyvə dilimləri ilə bəzəyib, süfrəyə verin.
QEYD: Əziz kulinarlar, Yoqurtlu desertin hazırlanmasında yoqurt əvəzinə xama da istifadə edə bilərsiniz. Lakin desertiniz artıq azkalorili olmayacaq.
Mənbə: recept.az