Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır.
1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır. Bu o deməkdir ki, öd kisəsi zədələnib və qaraciyərin dadı acı olacaq.
2. Bişirdikdən əvvəl qaraciyərdən bütün damarları kəsin və üzərində olan plyonkanı çıxardın. Plyonkanın daha asan çıxması üçün qaraciyəri qabaqcadan 2-3 dəqiqə ilıq suda saxlayın.
3. Qaraciyərin yumşaq alınması üçün onu tikələrə doğrayın, üzərinə bir az soda töküb 1 saat saxlayın, sonra suda yuyun.
4. Qaraciyəri soyuq süddə saxlamaqla onu daha yumşaq etmək olar. Südə bir az şəkər tozu tökün, bu qaraciyəri daha dadlı edir.
5. Qaraciyəri çox qızartmaq olmaz. Bu halda o quru olacaq. Qaraciyəri əvvəl açıq tavada 3-5 dəqiqə qızardın, sonra tavanı kip örtüb hazır olana qədər vam odda bişirin.
6. Qaraciyəri soğan və köklə bişirin. Bu qaraciyəri daha dadlı edir.
7. Qaraciyərə hazır olana yaxın duz vurun. Əks halda qaraciyər bərk olacaq.
Evdarliq.az