Limon və squşonka ilə dadlı keks
Limon və squşonka ilə dadlı keks
İnqrediyentlər:
- 1 banka squşonka
- 1 yumurta
- 1 iri limon
- 2 ç.q. qabartma tozu
- 1 stəkan un
- 100 qr qarğıdalı nişastası (“kraxmal”)
Hazırlanması:
- Limondan şirə sıxın (təxminən 100 qr alınmalıdır).
- Squşonkaya yumurta əlavə edin, qarışdırın.
- Limon şirəsi və nişasta əlavə edin, qarışdırın.
- Unu qabartma tozu ilə qarışdırın, ələyin, xəmirə əlavə edin, qarışdırın.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksi 30-35 dəqiqə ərzində bişirin.
- Keksi soyudun, üzərinə pudra səpin.
Nuş olsun!