Meksika mətbəxi 8-9 min illik tarixi ilə ən köhnə mətbəxlərdən biridir. Qarğıdalı, paxla, şokolad, müxtəlif acı qırmızı bibərlər, balqabaq və qarğıdalı unundan hazırlanan «tortilla» hər Meksikalının evində tapılır. Bunlar mətbəxin söykəndiyi təməl maddələrdir. Amerikanın kəşfindən sonra İspanların gətirdiyi ispan və Ərəb mətbəxi təsirləri Meksikanın yerli mətbəxi ilə birləşmiş və çox zəngin bir mətbəx ortaya çıxmışdır.
Acı bibər dəyişik rəng və formaları ilə Cənubi Amerikada yetişir. Bütün dünyaya bu bölgədən yayılmışdır. Acı bibəri Cənubi Amerika yerliləri 7000 ildən bəri istifadə edirdilər.
Acı bibər bütün Meksika yeməklərinə qoyulur və acı olmayan yemək sayı çox azdır.
Qarğıdalı Meksika mətbəxinin ən əsas qida maddəsidir. Xüsusilə «Prekolombiya» dininə bağlı xalqların təməl qidasıdır. Meksika qarğıdalısı ağ, sarı, qırmızı və qara kimi müxtəlif rənglərdəndir. Qarğıdalı acı bibər və şokolad ilə yeyilə bilər.
İspanlar 500 il əvvəl Amerikaya getdiklərində Azteklərin yediyi bu çox ləzzətli şokolad ilə tanış oldular və bunun kakao olduğunu öyrəndilər. Bunu inkişaf etdirmək istədikləri üçün südlə qarışdırdılar. Yəni köhnədən sıravi bir şəkildə istifadə etdiyi «kakao» daha sonra bahalı bir maddə halına gəldi.
Tortilla keçmişi tam 12000 il əvvələ söykənir. Maya əfsanəsinə görə ilk tortilla bir kəndli tərəfindən ac kralın qarnını doyuzdurmaq üçün hazırlanmışdı. Adı ispanca «yumru tort» mənasını verən «torta» sözündən alan tortilla, qarğıdalı və ya buğda unundan edilən kiçik boyda incə yumru bir yuxadır. Çörək yerinə hər yeməkdə yeyilir. Tortillalar yalnız çörək kimi deyil, eyni zamanda üstü müxtəlif vəsaitlərlə bəzənərək pizza olaraq da istifadə olunur.
Tortilla ayrıca qatlanmış içi dəyişik vəsaitlərlə doldurularaq da yeyilir. Beləcə tortilla içindəki vəsaitlərin qızarıb bişirilməsiylə yeni-yeni adlar alır və qabınızda tamale, flauto, buritto ya da quesadilla olar...
Meksikada olduqca məşhur olan bir yeməkdir. Edildiyi bölgəyə görə qırmızı yaşıl bibər qoyularaq hazırlanır. Şirin olanı da vardır. Toyuq, ət ya da banan yarpağı və ya qarğıdalı qabığına sarılaraq hazırlayırlar.
Hər yanı bağlı olacaq şəkildə sarılaraq hazırlanır. Yəni silindr şəklində iki ucu da qıvrılıb içinə qoyulur. İçinə qovrulmuş ət ya da toyuq qara paxla, plov, pomidor, kahı və sous qoyularaq yeyilir.
İçində demək olar ki hər şeyin olduğu yumşaq tortilladan hazırlanan bir növüdür. Ətli, toyuqlu və ya pendirli ola bilər, amma ümumiyyətlə toyuqlusu seçilir. Tamat, acı krem və istənilərsə guacamole və acı bibərlə xidmət edilir.
Ümumiyyətlə kövrək qarğıdalı unundan hazırlanmış tortilla içi müxtəlif vəsaitlərlə doldurulmuş şəklidir. İçində ət, toyuq ya da pendir qoyulu istifadə edilən vəsaitə görə souslar da dəyişə bilər.
Meksikada gənc qızlar illərini mükəmməl tortilla hazırlanmanın sirlərini öyrənməklə vaxtlarını keçirirlər. İndiki dövrdə tortillalar hələ köhnə zamanlardakı reseptlə hazırlanmaqdadır tək bir fərq var. Artıq Meksikalı qadınların yerini maşınlar almışdır… Tortilla'dan edilən yeməklərin ən məşhuru olan tacodur. Tortilla ikiyə qatlanmış içinin kahı, rəndələnmiş pendir, yaşıl bibər və pomidor kimi vəsaitlərin doldurulmasıyla hazırlanır. Yumşaq və ya kövrək ola bilən tacolar içlərinə qoyulan vəsaitlərə görə də müxtəlif adlar alırlar.
Meksikalıların ən əhəmiyyətli içkiləri kakao, tequila və pivədir.Meksikalılar yeməyə çox əhəmiyyət verirlər. Ən əhəmiyyətli xüsusi günlərindən biri olan və noyabr ayının ilk bazarında qeyd etdikləri "Ölülər günü" ndə itirdikləri sevdiklərinə yemək və içki aparırlar. «Yemək mədəniyyəti»nin Meksikalılarda daha fərqli bir fəlsəfi və dini ölçüsü vardır.