Lobya turşusu necə hazırlanır?

Lobya turşusu necə hazırlanır?

Lazım olanlar:
1 kq yaşıl lobya
1 baş sarımsaq
2 l su
Yarım stəkan iri duz
İstəyə görə acı bibər
Lobya turşusu necə hazırlanır
Hazırlanması:
1. Əvvəlcə yaşıl lobyaların qılçıqlarını və saplarını təmizləyib, soyuq su ilə yuyun. Daha sonra dərin bir qazanın içərisinə su tökün. Qazanın içərisində lobyaları bir buğum qaynadın.
2. İçliyini hazırlamaq üçün sarımsaqları və acı bibəri xırda doğrayın, duzla yaxşıca əzib qarışdırın.
3. Qaynatmış olduğunuz lobyaları, içliyə batırıb şüşə balona yığın. Daha sonra növbəli şəkildə balona bir qat lobya, bir az içlik qoyun. Bu prosesi balon dolana qədər davam etdirin.
4. 15 gün gözlədikdən sonra turşunuzu yeyə bilərsiniz.
 
Mənbə: evdarliq.az
Top