Misir tortu

Misir tortu

Tərkibi:
  • xəmir (1 korj üçün, cəmi 3 korj):
  • 3 yumurtanın ağı2,5 x.q. şəkər tozu
  • 0,5 x.q. un
  • 50 q xırdalanmış qoz (yaxud fındıq)
  • (3 korj üçün göstərilən ərzağı 3-ə vurun)
krem:
  • 10 yumurtanın sarısı 10 x.q. şəkər tozumisir tortu
  • 5 x.q. un
  • 2 paket vanilli şəkər tozu
  • 350 ml süd
  • 170 q kərə yağı
  • xırt-xırt içlik:
  • 350 ml qaymaq
  • 200 q şəkər tozu
  • 120 q doğranmış qoz, yaxud fındıq

Krem: Yumurta sarıları, şəkər tozu, un, vanilli şəkər tozu və südü qarışdırın. Ocağın üstünə qoyub sürətlə və dayanmadan qarışdıraraq qaynara düşən anda ocaqdan götürün, kənarda daha 2 dəqiqə qarışdırın. Yağı xırda doğrayıb əlavə edin, mikserlə eynicinsli kütlə alınanadək çalın.
Krem soyuyan müddətdə korjları bişirin: Yumurta ağlarını möhkəm çalın, şəkər tozu əlavə edib yenə çalın, kütlə parıldamalıdır.  Unu və qozu (fındığı) əlavə edin, səliqəylə qarışdırın. Perqament döşənmiş, yaxud yağlanmış formaya tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Soyudun. (Eyni qaydada üç korj hazırlayın).
Xırt-xırt içlik: Şəkər tozunu qazançada əridin, karamel halına gələndə dərhal perqamentin üzərinə tökün. Karamel tez soyuyur. İkinci perqament kağızını üzərinə örtüb qalın oxlovla xırdalayın (amma toz halında olmasın, o iri olmalıdır ki, xırtıldasın). Qaymağı möhkəm çalın. Karamel parçaları və doğranmış qozu (fındığı) əlavə edin.
Hər korjun üzərinə bişmiş kremin 1/3-ni çəkin.
Xırt-xırtlı içliyi çəkin.
Proseduru daha iki dəfə təkrarlayın (korj+krem+xırt-xırtlı içlik).
Sonda tortun üstünə və kənarlarına xırt-xırtlı içlikdən çəkin, üzərini qozla bəzəyin.

Nuş olsun!

Mənbə: Milli.Az
Top