Taciksayağı mərci və düyü şorbası

Taciksayağı mərci və düyü şorbası

Ərzaqlar:
  • Təqribən 1/4 stəkan zeytun yağı
  • 1 ədəd xırda doğranmış soğan
  • 1 ədəd xırda doğranmış kərəviz saplağı
  • 1 ədəd xırda doğranmış  yerkökü
  • 4 ədəd xırda doğranmış pomidor
  • 2 diş xırda doğranmış sarımsaq
  • 2 çay qaşığı zirə
  • 1/2 çay qaşığı döyülmüş yenibahar (allspice, yoxdursa zəruri deyil)1/4 stəkan yuyulmuş yaşıl, ya da qəhvəyi mərci
  • 1/4 stəkan yuyulmuş qəhvəyi, ya da ağ düyü
  • 2 ədəd quru dəfnə yarpağı
  • 4 stəkan və ya lazım olsa bir az da çox tərəvəz bulyonu və ya adi su
  • Duz və istiot
  • 1/2 stəkan keçi pendiri (qatıqla əvəz edilə bilər)
  • Doğranmış göyərtilər – cəfəri, keşniş, nanə (miqdarı zövqə görə)
  • Təzə sıxılmış limon şirəsi

Hazırlanması
Böyük bir qazana zeytun yağı əlavə edib vam odda qızdırın.
Soğan, kərəviz, pomidor və yerkökünü əlavə edib yumşalana kimi bişirin.
Sarımsaq, yenibahar, və zirə toxumlarını əlavə edin. Bir neçə dəqiqə bişirin, daha sonra dəfnə yarpaqları, mərci, düyünü əlavə edib qarışdırın.
Tərəvəz bulyonu və ya suyu tökün. Zövqə görə duz və istiot əlavə edin.
Qaynara düşəndə odu azaldın, qazanın üzərini qapaqla örtün. 20-30 dəqiqə mərci və düyü yumuşalana kimi bişirin.
Bişməyinə 5 dəqiqə qalmış göyərtiləri əlavə edib qarışdırın.
Qazı söndürün. İstəyə görə  şorbaya limon şirəsi tökə bilərsiz. Əgər şorba çox qatı olsa, qaynamış su əlavə edin.
Çömçə ilə servis qabına qoyun. Üstünə pendir ovun və servis edin.
Top