Ərzaqlar:
- 5-6 xörək qaşığı zeytun yağı və ya kərə yağı
- 450 qram çəkilmiş mal əti və ya qoyun əti
- 1 ədəd iri soğan, xırda doğranmış
- 1 ədəd iri pomidor, xırda doğranmış
- 1 orda yaşıl bibər, xırda doğranmış
- 2-3 diş sarımsaq, xırda doğranmış
- 1 xörək qaşığı tomat
- Duz və istiot
- 4 ədəd Yunan qabağı (kabaçok), qabığı soyulmuş və halqavari kəsilmiş
- Bir ovuc doğranmış şüyüd
Hazırnanması:
Ətli sousu hazırlayın: Orta ölçülü tavada yağı qızdırın. Əti yağda suyu çəkilib bir az qızaranadək bişirin, təxminən 10 dəqiqə. Soğanı qatıb yumşalanadək bişirin, təxminən 5 dəqiqə. Pomidor, bibər, sarımsağı da əlavə edib bir neçə dəqiqə də bişirin. Tomat pastasını əlavə edib bir dəqiqə bişirdikdən sonra, duz, istiot və 1 stəkan su əlavə edib, qaynadın. Qaynayan kimi tavanı kənara çəkin.
Sobanı 200ºCdək isidin.
Yeməyi Yığın: Qabaqları lay-lay 33×48-cm ölçülərində olan istiyə dayanıqlı qalın şüşə qaba düzün. Ətli sousu üzərinə gəzdirin.
Üstünə şüyüdün yarısını səpin. Qabı folqa kağızı ilə örtüb sobaya verin.
20-25 dəqiqə yaxud qabaq yumşalanadək bişirin.
Üstünə qalan şüyüdü səpib süfrəyə verin.
Mənbə:azcookbook.com