Reyhan kompotu

Reyhan kompotu

Tərkibi:
  • 2 dəstə reyhan
  • 3 l su
  • 1 limon
  • 3-4 mixək
  • şəkər tozu (zövqə görə)
reyhan kompotu

Hazırlanması:
1. Reyhanı təmizləyin, yuyun, doğrayın. Limonu tikələrə doğrayın.
2. Reyhanı və limonu qazana qoyun, üzərinə soyuq su tökün, oda qoyun.
3. Qaynara düşəndə şəkər tozu və mixəyi əlavə edin, 15 dəqiqə vam odda qaynadın.
4. Limonu hazır kompotdan çıxardın, kompotu tam soyudun, süzün. Soyuducuda saxlayın.

Nuş olsun!
 


Mənbə: Evdarliq.az
Top