Ağızda əriyən kokos peçenyesi

Ağızda əriyən kokos peçenyesi

Lazım olan məhsullar:
2 dənə yumurta
100 qr şəkər tozu
170 qr kokos yonqarı
1 çimdik duz

Hazırlanması:kokos peçenyası
1.Yumurta ağını 1 çimdik duzla yaxşı çalın. Çalanda asta-asta şəkər tozu tökün.
2.Yumurta sarısını ayrı qabda çəngəllə qarıdırın və yumurta ağına ehtiyatla tökün (çalmanı dayandırmayın).
3.Kokos yonqarı əlavə edin və qaşıqla ehtiyatla qarışdırın.  Kövrək kütlə alınmalıdır.
4.Nəm əllərlə peçenyeləri düzəldin (onlara müxtəlif forma vermək olar — kürəcik, təpəcik), kağız sərilmiş tavaya düzün.
5.Sobanı əvvəlcədən 180 C kimi qızdırın və təxminən 10-15 dəqiqə ərzində bişirin.
6.Hazır peçenyenin üzərinə əridilmiş şokolad tökmək olar.  

Nuş olsun!


Mənbə: azcookbook.com
Top