Tərkib:
4 kq xiyar
1 kq baş soğan
1 kq bolqar bibəri
1 kq kök
4 ədəd acı bibər
1 iri baş sarımsaq
yarım stəkan şəkər tozu
4 x.q. duz
200 qr 9% sirkə
200 qr bitki yağı
Hazırlanması:
1. Xiyarı yumru-yumru, bolqar bibəri və soğanı yarım halqalar şəklində, acı bibəri və sarımsağı xıra-xırda doğrayın, kökü sürtgəcin iri gözündən keçirin.
2. Böyük qazana bütün inqrediyentləri tökün, şəkər tozu, duz, sirkə, bitki yağı, 2 stəkan qaynanmış su əlavə edin, yaxşı qarışdırın.
3. Qazanın qapağını örtün, 2 saat ərzində otaq temperaturunda saxlayın. Tərəvəzlər çoxlu şirə buraxacaq.
4. Sonra tərəvəzləri yenə də yaxşı qarışdırın, yarım və ya 1 l-lik bankalar kip yığın, üzərinə qazanda olan şirəni tökün.
5. Bankaların üzərinə qapaqları qoyun, 15 dəqiqə ərzində su ilə dolu qazanda sterilizə edin, sonra isə qapaqları kip bağlayın.
Nuş olsun!
Mənbə: Evdarliq.az