Şam qozası mürəbbəsi

Şam qozası mürəbbəsi

Tərkibi:
1 kq şam qozası
1 kq şəkər tozu
1 xörək qaşığı təzə sıxılmış limon suyu
1 litr su
Şam qozası mürəbbəsi
Hazırlanma qaydası:
Yaşıl və körpə şam qozalarını budağından yığaraq üzərini yaxşıca təmizləyin və soyuq su altında yaxşıca yuyun.
Təmiz şam qozalarını qazana tökün və üzərinə bir litr  su əlavə edərək təxminən bir saat ərzində qaynadın.
Qaynayan şam qozalarının içərisinə şəkər tozu əlavə edib  qaynatmağa davam edin.
Bişməyə davam edən şam qozası mürəbbəsinin üzərində əmələ gələn köpükləri taxta qaşıq ilə götürün.
Mürəbbə qatlaşdıqda içərisinə limon suyunu əlavə edin. Daha bir neçə dəqiqə qaynadın və ocaqdan götürün.
Mürəbbəni isti halda bankalara doldurun və qapağını bərk bağlayın. Daha sonra bankaları qaynar suda 5 dəqiqə saxlayın.(mürəbbənin uzun müddət qalması üçün).
Bankaları tərs çevirib 12 saat ərzində soyumağa buraxın.
Hazırladığınız şam qozası mürəbbəsini rütubətsiz, quru və qaranlıq bir yerdə saxlayaraq qış aylarında istifadə edə bilərsiniz.


Mənbə: recept.az
Top