Xurma mürəbbəsi

Xurma mürəbbəsi

Tərkibi:
1 kq xurma
3 stəkan şəkər tozu
1 stəkan qaynar su
yarım limon                   Xurma mürəbbəsi
Hazırlanma qaydası:
İlk öncə xurmaları yaxşıca yuyun və qabığını soyun.
Alma dilimi şəklində və ya kub formasında doğrayın.
Dilimlənmiş xurmaları qazana və ya qaba töküb üzərinə şəkər tozunu əlavə edin.
Qazanda üzəri şəkər tozuyla örtülmüş xurma dilimlərini soyuducuya bir gecəlik (12 saat)  saxlayın. Ertəsi gün suyu çıxan xurmaların üzərinə bir stəkan qaynar su töküb ocağa qoyun. Orta odda arabir qarışdıraraq bişirin (üzərində yaranan köpükləri sıyırıb götürün). Mürəbbə qatılaşdıqda üzərinə yarım limonun suyunu sıxın. 2-3 dəqiqə qaynadıb ocağln altını söndürün. Mürəbbəni 5 dəqiqə kənarda saxlayın və bankalara doldurun. Qaynar suda sterilizə edilmiş qapaqla möhkəm bağlayın və tərs çevirin. Hazırladığınız xurma mürəbbəsini 12 saat sonra sərin və quru yerə qoya bilərsiniz. İstəsəniz soyuducuda da saxlaya bilərsiniz.

Nuş olsun!
Mənbə: recept.az
Top