Dietik badımcan pizzası

Dietik badımcan pizzası

Tərkibi:
  •  1 orta ölçülü badımcan
  •  ½  çay qaşığı duz
  • 10 yarpaq təzə reyhan
  • 1 xörək qaşığı zeytun yağı ½ stəkan rəndələnmiş pendir
  •  2 diş sarımsaq
  • 1 ədəd yetişmiş pomidor
  •  ½ çay qaşığı Provans ot qarışığı (mərzə, bibəriyə(rozmarin), reyhan, kəklikotu, adaçayı, nanə-cövhər, oreqanonun quru qarışığı)
badımcan pizzası
Hazırlanma qaydası:
Badımcanı yuyun və kənarlarını kəsin. Qalın dilimlər kəsin və soyuq duzlu suda bir neçə dəqiqəlik saxlayın. Sudan çıxardığınız badımcanları quruması üçün kağız dəsmal üzərinə sərin. Xırdalanmış sarımsaqları zeytun yağında tavada qovurun. Reyhan yarpaqlarını, duz, qabığı soyulmuş və kub şəklində doğranmış pomidorları da tavaya əlavə edin və suyu çəkilənə qədər bişirin. Badımcanları soba sinisinə aralıqlarla düzün. Üzərinə Provans ot qarışığı və zeytun yağı səpilmiş badımcanları öncədən 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 20 dəqiqə sonra badımcanların üzərinə pomidor sousunu və rəndələnmiş pendir düzün və yenidən 10 dəqiqə bişirin. Çox dadlı dietik badımcan pizzası hazırdır.

Nuş olsun!
Mənbə: recept.az
Top