Ətirli limon cemi

Ətirli limon cemi

Tərkibi:
2 ədəd limon
250 qr şəkər tozu
60 ml su
Hazırlanma qaydası:
İlk öncə limonları yuyun,bir neçə yerindən qabıqlarını taxta Limon cemiçubuqla deşin. Bir qaba limonları qoyub üzərinə soyuq su tökün və orta odda bişməyə qoyun. Su qaynadıqda süzün və yenidən soyuq su töküb qaynadın. Bu qaydanı iki dəfə təkrar edin. Limonları yumşalanadək bişirin və sudan götürüb soyudun.
Limonları kəsin və tumlarını təmizləyin, qabığıyla birlikdə blenderdə əzin.
Su və şəkər tozundan şəkər siropu bişirin. Doğranmış limonu siropa əlavə edin və zəif odda şəffaf olanadək  bişirin. Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.
Ətirli cem hazırdır.

Nuş olsun!

Mənbə: recept.az
Top