Tərkib:
800 qr qoyun əti
200 qr noxud
2 pomidor
3 kartof
1 soğan2 x.q. tomatduz, istiot
zövqə görə göyərti
Hazırlanması:
1. Noxudu axşamdan suda isladın.
2. Əti 1 saat bişirin, noxud əlavə edin, təxminən 30 dəqiqə bişirin.
3. Əti bulyondan çıxardın, tikələrə doğrayın, bulyona salın.
4. Soğanı xırda doğrayın, yağda yumşalana qədər qızardın.
5. Pomidoru xırda doğrayın, soğana əlavə edin, qızardın.
6. Tomat əlavə edin, qarışdırın, 1-2 dəqiqə vam odda qızardın.
7. Bulyona kub şəklində doğranmış kartof, duz, istiot əlavə edin, kartof yumşalana qədər bişirin.
8. Soğanla pomidoru əlavə edin, kartof hazır olana qədər bişirin.
9. Masaya verəndə üzərinə istənilən göyərti səpin.
Nuş olsun!
Mənbə: evdarlıq.az