Tərkibi:- 1 litr süd
- 1 litr kefir və ya qatıq
- 6 ədəd yumurta
- 2 çay qaşığı duz
- 0,3 çay qaşığı qırmızı acı bibər tozu
- 0,5 çay qaçığı zirə
- 1 xörək qaşığı doğranmış şüyüd
- zövqə görə istiot
Hazırlanma qaydası:Göyərtini xırda doğrayın. Süd və kefiri dərin bir qazanda qarışdırın. Ocağın zəif gözündə ilıdın. Bir qabda yumurtaya çimdik duz əlavə edib tel çırpıcıyla və ya çəngəllə çırpın. Yumurtalı qarışığa duz töküb isti süd qarışığına əlavə edin. Qarışdıraraq qaynadın. Qaynayan süd qarışığının altını söndürüb, ocağın üstündə bir az soyuması üçün gözləyin.
Qazandaki qarışığı tənzif sərilmiş süzgəcdən süzün.
Süzdüyünüz pendirin üzərinə istiot, qırmızı acı bibər tozu, zirə və şüyüd əlavə edin. Pendiri ədviyyatlarla yaxşıca qarışdırın.Tənzifi möhkəm sıxıb bağlayın. Üzərinə ağır bir əşya qoyaraq 5-6 saatlıq soyuducuya yerləşdirin.Hazır pendiri dilimləyərək süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Mənbə: recept.az