Qara ciyər blinçiklərindən ruletlər

Qara ciyər blinçiklərindən ruletlər

Tərkibi (Xəmir üçün):
900 qr qara ciyər
6 ədəd yumurta
0,5 stəkan süd
10 xörək qaşığı un
İçlik üçün:5 ədəd yumurta2 ədəd əridilmiş pendir
3-4 xörək qaşığı mayonez
duz zövqə görətəzə şüyüd zövqə görə blinçik ruleti
Hazırlanma qaydası:
Qara ciyərləri blenderdə əzin.
Üzərinə yumurta, süd, duz və un əlavə edib yenidən blenderlə yaxşıca qarışdırın.
Duru blinçik xəmirindən tavaya töküb 1-2 dəqiqəyə nazik blinçiklər bişirin.
İki tərəfli bişən blinçikləri soyudun.
İçlik üçün yumurtaları suda bişirin və xırda kub şəklində doğrayın. Doğranmış yumurtalara mayonez, rəndələnmiş əridilmiş pendir, xırda doğranmış şüyüd vurub qarışdırın.
Bişən və soyuyan blinçikə qalın qat içlik yaxın.
Blinçiki rulet şəklində bükün və iki hissəyə bölün.
 Eyni şəkildə qalan blinçiklərə içlik yaxın, rulet şəklində bükün və kəsin. Qara ciyər blinçiklərindən hazırlanan ruletləri süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Mənbə: recept.az
Top